Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,34$3,06%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İş dünyası

COP29-un Prezidenti: Karbon emissiyalarının 70 faizi şəhərlərin payına düşür

Biznes TV1 dk okuma
Paylaş
COP29-un Prezidenti: Karbon emissiyalarının 70 faizi şəhərlərin payına düşür
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Bakı, 20 noyabr – COP29 çərçivəsində Şəhərsalma və iqlim dəyişikliyi üzrə nazirlərin görüşündə çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev dünya əhalisinin yarısından çoxunun şəhərlərdə yaşadığını vurğulayıb.

Nazir bildirib ki, 2050-ci ilə qədər bu göstəricinin 70 faizə çatacağı proqnozlaşdırılır. Yalnız gələn 5-7 il ərzində şəhərlərdə yaşayan əhalinin sayının 500 milyondan çox artacağı gözlənilir.

Muxtar Babayev qeyd edib ki, karbon emissiyalarının 70 faizi şəhərlərin payına düşür və əsasən nəqliyyat vasitələri ilə binalardan qaynaqlanır.

Mənbə: AZƏRTAC