Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,29$0,61%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Bankacılık ve finans

“CROCUS CITY HALL” TERRORUNDAN SONRA MƏHKƏMƏ ÇƏKİŞMƏSİARAZ AĞALAROVUN ŞİRKƏTİ 1.68 MİLYARD TƏLƏB EDİR

Biznes TV2 dk okuma
Paylaş
“CROCUS CITY HALL” TERRORUNDAN SONRA MƏHKƏMƏ ÇƏKİŞMƏSİARAZ AĞALAROVUN ŞİRKƏTİ 1.68 MİLYARD TƏLƏB EDİR

Azərbaycanəsilli iş adamı Araz Ağalarovun “Crocus Group” şirkəti Rusiyanın “İnqosstrax” sığorta şirkətindən 2024-cü ildə törədilən terror aktı nəticəsində yanan “Crocus City Hall”un zərərini ödəmək üçün məhkəmə yolu ilə 1,68 milyard rubl -təxminən 36,5 milyon AZN tələb edib. “Qafqazinfo” xəbər verir ki, sözügedən məbləğ çəkilən xərclərin heç 30%-ni təşkil etmir, lakin bu məbləği də almaq asan olmayacaq. Çünki terror aktı riskinin sığorta müqaviləsinə daxil edilmədiyi güman edilir.

Qeyd edək ki, Araz Ağalarovun oğlu Emin Ağalarov “Crocus City Hall”da baş verən terror aktı nəticəsində “Crocus Group” şirkətinə dəyən zərərin təxminən 150-200 milyon dollar təşkil etdiyini bildirib.Baş Prokurorluğun qiymətləndirməsinə görə isə, terror aktı nəticəsində dəyən zərərin məbləği ümumilikdə 5,7 milyard rubl -təxminən 123,6 milyon AZN təşkil edir. Faciədən sonra “İnqosstrax” şirkətinin nümayəndələri müqaviləyə uyğun olaraq bütün öhdəlikləri yerinə yetirəcəklərini bildiriblər. Eyni zamanda, şirkətin mətbuat xidməti “terror aktı” riskinin müştəri tərəfindən sığorta polisinə daxil edilmədiyini bəyan edib. 2024-cü ildə zərərçəkənlərin nümayəndələri sığortaçıya qarşı iddia qaldırıb. Məhkəmə təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi üzrə istintaqın hələ başa çatmamasını əsas gətirərək iddianı rədd edib. Həmin il Emin Ağalarov sığortanın terror aktından dəyən zərərin 1/40 hissəsindən çoxunu əhatə etməyəcəyini açıqlayıb.

Xatırladaq ki, 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da terror aktı törədilib. Hücum nəticəsində binada olan şəxslərə atəş açılıb, konsert zalı isə yandırılıb. Terror aktı zamanı 145 nəfər həlak olub.

Benzer içerikler

“SPACE TV”NİN BANK HESABLARINA HƏBS QOYULDU İŞÇİLƏRİN MAAŞLARI NECƏ ÖDƏNİLƏCƏK?
Bankacılık ve finans

“SPACE TV”NİN BANK HESABLARINA HƏBS QOYULDU İŞÇİLƏRİN MAAŞLARI NECƏ ÖDƏNİLƏCƏK?

“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub. “Qaynarinfo” xəbər verir ki, Bakı Kommersiya Məhkəməsi “Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib.İş materiallarına əsasən, 2021-ci ildə “Space TV”yə “Xalq Bank” tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 min ABŞ […]

2 dk okuma
HESABLAMA PALATASI 160 MİLYON MANATLIQ NÖQSAN AŞKARLADI14,8 MİLYON MANATLIQ MATERİAL HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA GÖNDƏRİLDİ
Bankacılık ve finans

HESABLAMA PALATASI 160 MİLYON MANATLIQ NÖQSAN AŞKARLADI14,8 MİLYON MANATLIQ MATERİAL HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA GÖNDƏRİLDİ

2026-cı ilin yanvar-iyun aylarında Hesablama Palatasının keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri zamanı ümumilikdə 160,3 milyonmanat məbləğində nöqsan aşkarlanıb. Qurumun açıqladığı altı aylıq fəaliyyət nəticələrinə görə, aşkar edilən nöqsanların 35 milyon manatı üzrə bərpa barədə qərar qəbul edilib, 14,8 milyon manatlıq material hüquq-mühafizə orqanlarına göndərilib. Digər nöqsanların məbləği isə 110,5 milyon manat təşkil edib.Nəzarət tədbirləri təhsil, […]

1 dk okuma