Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,38$2,09%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Teknoloji

DAHA 59 SAHİBKARA “STARTAP” ŞƏHADƏTNAMƏSI VERİLİB

Biznes TV2 dk okuma
Paylaş
DAHA 59 SAHİBKARA “STARTAP” ŞƏHADƏTNAMƏSI VERİLİB

DAHA 59 SAHİBKARA “STARTAP” ŞƏHADƏTNAMƏSI VERİLİB BU SAHİBKARLAR 3 İL VERGİ GÜZƏŞTLƏRİNDƏN AZAD EDİLİR

2025-ci ildə 125 mikro və kiçik sahibkarlıq subyekti “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edib. “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası 59 KOB subyektinə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edib. 44 startap Bakı şəhərindən, 15-i isə regionlardandır. Şəhadətnamə alan sahibkarların 10-u qadın sahibkardır. Layihələrin 4-ü “yaşıl layihə”dir. “Startap” şəhadətnaməsi alan biznes subyektləri istehsal və xidmət sektorlarında fəaliyyət göstərir. Startapların əsas istiqamətləri maliyyə, təhsil və səhiyyə texnologiyaları, e-ticarət və rəqəmsal marketinq, rəqəmsal ödəniş sistemləri və s. sahələrdə innovativ həlləri özündə ehtiva edir. Ümumilikdə, “Startap” şəhadətnaməsinin verilməsinə başlanıldığı 2021-ci ildən 2026-cı ilin 1 yanvar tarixinə KOBİA-ya 493 müraciət daxil olub ki, onlardan 247-nə “Startap” şəhadətnaməsi verilib. Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

sahibkarstartapxəbərlər

Benzer içerikler

AZAL TƏYYARƏLƏRİNDƏ WI-FI XİDMƏTİ
Teknoloji

AZAL TƏYYARƏLƏRİNDƏ WI-FI XİDMƏTİ

AZAL TƏYYARƏLƏRİNDƏ WI-FI XİDMƏTİUÇUŞ ZAMANI İNTERNETDƏN İSTİFADƏ MÜMKÜN OLACAQ Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Hava Yolları yeni nəsil təyyarələrdə sərnişinlər üçün internet xidmətinin təşkili ilə bağlı müraciətinə razılıq verib.Bu barədə “Report”a Dövlət Agentliyindən məlumat verilib.Araşdırma zamanı təyyarələrdə internet xidmətinin təşkili ilə bağlı müqavilələr və digər hüquqi sənədlər təhlil olunub. Nəticədə […]

2 dk okuma
SOSİAL ŞƏBƏKƏDƏ QUMAR TƏŞKİL EDƏNLƏRƏ SƏRT CƏZA
Teknoloji

SOSİAL ŞƏBƏKƏDƏ QUMAR TƏŞKİL EDƏNLƏRƏ SƏRT CƏZA

SOSİAL ŞƏBƏKƏDƏ QUMAR TƏŞKİL EDƏNLƏRƏ SƏRT CƏZA HƏBS MÜDDƏTİ 4 İLƏ QƏDƏR ARTIRILA BİLƏR Azərbaycanda onlayn və sosial şəbəkələr üzərindən qumar təşkil edənlərə cəzaların sərtləşdirilməsi təklif olunur.Layihəyə əsasən, qumar oyunlarının internet, mobil tətbiqlər və sosial şəbəkələr vasitəsilə təkrar təşkili və ya keçirilməsi zamanı şəxslər əldə edilən gəlirin iki mislinədək cərimələnə və ya 2 ildən 4 […]

1 dk okuma
İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ
Teknoloji

İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ

İlon Maskın Neuralink şirkəti beyinə yerləşdirilmiş çip vasitəsilə düşüncə ilə idarə olunan əlil arabası yaradıb.İmplant hərəkət istiqaməti ilə bağlı siqnalları oxuyur və onları virtual coystik üçün əmrlərə çevirir. Bunun sayəsində tamamilə iflic olan insanlar tərpənmədən arabaya nəzarət edə bilirlər.Bənzər çiplərə sahib olan pasiyentlər, həmçinin düşüncə ilə kompyuterlərdə işləmək, hətta təyyarələri və robotları idarə etmək qabiliyyətinə […]

1 dk okuma
“TESLA”DAN QARIŞIQ MALİYYƏ NƏTİCƏLƏRİGƏLİR ARTDI, MƏNFƏƏT AZALDI
Teknoloji

“TESLA”DAN QARIŞIQ MALİYYƏ NƏTİCƏLƏRİGƏLİR ARTDI, MƏNFƏƏT AZALDI

“Tesla” 2026-cı ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Marja .az xəbər verir ki,Şirkətin gəliri analitiklərin proqnozunu üstələsə də, mənfəəti gözləniləndən aşağı olub. Nəticələrin açıqlanmasından sonra şirkətin səhmləri ucuzlaşıb.İkinci rübdə “Tesla”nın gəliri 28,24 milyard dollar olub. Bu, proqnozlaşdırılan 25,71 milyard dollardan yüksəkdir. Lakin bir səhmə düşən düzəliş edilən mənfəət gözlənilən 51 sent əvəzinə 33 sent təşkil […]

2 dk okuma