Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,52$2,89%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

DÖVLƏT QURUMLARININ AVTOMOBİLLƏRİ HƏRRACA ÇIXARILDI — İLKİN QİYMƏT 1 200 MANAT

Biznes TV1 dk okuma
Paylaş
DÖVLƏT QURUMLARININ AVTOMOBİLLƏRİ HƏRRACA ÇIXARILDI — İLKİN QİYMƏT 1 200 MANAT

Azərbaycanda dövlət qurumlarının balansında olan 16 nəqliyyat vasitəsi və xüsusi texnika hərrac yolu ilə satışa çıxarılır. Hərrac 6 oktyabr 2026-cı il saat 10:00-da keçiriləcək.Fed az xəbər verir ki, satışa çıxarılan nəqliyyat vasitələrinin ilkin qiyməti 1 200 manatdan başlayır. Ən yüksək start qiyməti isə 14 min manatdır. Hərracda DİN Baş Dövlət Yol Polisi İdarəsinin, Prezidentin İşlər İdarəsinin, Gəncə Dövlət Universitetinin, FHN-in və Şirvan Apellyasiya Məhkəməsinin balansında olan avtomobil və texnikalar yer alır.Satışda Mercedes-Benz, Volkswagen, QAZ, Tofəş, Hyundai, KamAZ, Nissan, VAZ və Khazar markalı nəqliyyat vasitələri, həmçinin ekskavator-yükləyici və yanğınsöndürən xüsusi texnika var. Hərracda iştirak üçün satışa çıxarılan əmlakın start qiymətinin 10%-i məbləğində beh ödənilməlidir.

avtomobilbazarməbləğpul