Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,61$2,81%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

“E-bildiriş”in təqdim edilməsinə görə xidməthaqqı tutulacaq

Biznes TV1 dk okuma
Paylaş
“E-bildiriş”in təqdim edilməsinə görə xidməthaqqı tutulacaq
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

“E-bildiriş”in təqdim edilməsinə görə xidməthaqqı tutulacaq.

Biznes TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu” haqqında Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulacaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırması məqsədilə həmin orqanın xəzinə hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.