Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent107,90$0,25%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

ƏN ÇOX ƏRZAQ VƏ İÇKİ BU BÖLGƏLƏRİMİZDƏ SATILIB AZƏRBAYCANDA ƏRZAQ SATIŞI 37 MİLYARD MANATA YAXINLAŞDI

Biznes TV2 dk okuma
Paylaş
ƏN ÇOX ƏRZAQ VƏ İÇKİ BU BÖLGƏLƏRİMİZDƏ SATILIB AZƏRBAYCANDA ƏRZAQ SATIŞI 37 MİLYARD MANATA YAXINLAŞDI

2025-ci ildə Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsi 36 milyard 911,5 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə 2 milyard 776,9 milyon manat və ya 8,1 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ən yüksək dövriyyə Bakı şəhərində qeydə alınıb. Paytaxtda ərzaq, içki və tütün məhsullarının pərakəndə ticarət dövriyyəsi 22 milyard 865,3 milyon manat təşkil edib.

Bakıdan sonra ən yüksək göstərici Mərkəzi Aran iqtisadi rayonunda , Gəncə-Daşkəsən ,Lənkəran-Astara , Abşeron-Xızı və Qazax-Tovuz iqtisadi rayonlarında qeydə alınıb.Qarabağ iqtisadi rayonunda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsi 917,7 milyon manat təşkil edib.İşğaldan azad olunan əraziləri əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonunda isə ötən il bu sahə üzrə pərakəndə ticarət dövriyyəsi 179 milyon manat olub. Bu məbləğin böyük hissəsi – 152,7 milyon manatı Qubadlının payına düşüb.

dövlətərzaqStatistika

Benzer içerikler

AZƏRBAYCANIN TƏBİİ QAZ İXRACINDAN GƏLİRLƏRİ AZALIBDAHA ÇOX QAZ SATDIQ, DAHA AZ QAZANDIQ
Ekonomi

AZƏRBAYCANIN TƏBİİ QAZ İXRACINDAN GƏLİRLƏRİ AZALIBDAHA ÇOX QAZ SATDIQ, DAHA AZ QAZANDIQ

2026-cı ilin yanvar-may aylarında Azərbaycan Suriyaya 140,720 milyon ABŞ dolları dəyərində 418,796 milyon kubmetr təbii qaz ixrac edib.Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.Ümumilikdə, 2026-cı ilin ilk 5 ayında Azərbaycan 8 ölkəyə ümumi dəyəri 3,343 milyard ABŞ dolları olan 10,381 milyard kubmetr təbii qaz ixrac edib.Hesabat dövründə Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni […]

1 dk okuma
NEFT FONDU NƏ QƏDƏR GƏLİR ƏLDƏ ETDİ?
Ekonomi

NEFT FONDU NƏ QƏDƏR GƏLİR ƏLDƏ ETDİ?

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2026-cı ilin ilk 6 ayının sonunda 72,6 milyard ABŞ dolları -123,4 milyard manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə azalma deməkdir.Fondun məlumatına görə, yanvar-iyun aylarında neft-qaz gəlirləri 4,95 milyard manat,investisiyaların idarə olunmasından gəlirlər 3,58 milyard manat olub.Bu dövrdə ARDNF-in ümumi gəlirləri 8,53 milyard manat təşkil edib.Fond dövlət büdcəsinə 6,42 […]

1 dk okuma
BƏZİ SAHİBKARLARA YENİ DÖVLƏT DƏSTƏYİ.
Ekonomi

BƏZİ SAHİBKARLARA YENİ DÖVLƏT DƏSTƏYİ.

BƏZİ SAHİBKARLARA YENİ DÖVLƏT DƏSTƏYİ. ELEKTRİK ŞƏBƏKƏSİNƏ QOŞULMAYA GÖRƏ ÖDƏNİŞİN 50 FAİZİ SUBSİDİYALAŞDIRILACAQ. “Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib. Prezident bununla bağlı Fərman imzalayıb. Belə ki, sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə Tarif Şurası tərəfindən müəyyən edilən ödənişin […]

2 dk okuma