Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,61$2,81%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

“Equinor” Azərbaycandakı aktivlərinin satışından 745 milyon dollar əldə edəcək

Biznes TV1 dk okuma
Paylaş
“Equinor” Azərbaycandakı aktivlərinin satışından 745 milyon dollar əldə edəcək
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

“Report”-un məlumatına görə, “Equinor” 29 noyabr və 6 dekabrda Azərbaycan və Nigeriyada hasilat aktivlərindən çıxmaq üzrə ümumi dəyəri 2 milyard dollara yaxın olan sövdələşmələri tamamlayıb. Bu məbləğin 745 milyon dolları Azərbaycan portfelinin satışından əldə edilib.

Şirkət, aktivlərin satılmasını neft-qaz portfelinin optimallaşdırılması strategiyasının bir hissəsi kimi dəyərləndirərək, uzunmüddətli mənfəəti təmin etmək üçün beynəlxalq portfelini fokuslaşdırmağa davam edəcəyini bildirib.

“Equinor”un Azərbaycanda SOCAR-a AÇG blokunda, BTC neft kəmərində və “Qarabağ” yatağında iştirak paylarının satışı ilə bağlı razılaşmaları 2023-cü ilin dekabrında bağlanıb və 2024-cü ilin ortalarında yekunlaşıb.