Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,21$6,92%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Enerji

ETİBAR PİRVERDİYEVLƏ BAĞLI ŞİRKƏTİN KEÇMİŞ RƏHBƏRİ BARƏSİNDƏ İTTİHAM

Biznes TV2 dk okuma
Paylaş
ETİBAR PİRVERDİYEVLƏ BAĞLI ŞİRKƏTİN KEÇMİŞ RƏHBƏRİ BARƏSİNDƏ İTTİHAM

ETİBAR PİRVERDİYEVLƏ BAĞLI ŞİRKƏTİN KEÇMİŞ RƏHBƏRİ BARƏSİNDƏ İTTİHAM “AZENCO” NUN DİREKTORUNU 14 İLLİK HƏBS GÖZLƏYİR?

“Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevə bağlı olduğu bilinən “Azenco” şirkətinə rəhbərlik etmiş Vüqar Əliyev həbs edilib.Qafqazinfo xəbər verir ki, o 3 milyon manatdan çox mənimsəmədə ittiham olunur. İş üzrə ibtidai araşdırma artıq başa çatıb. Vüqar Əliyevə Cinayət Məcəlləsinin mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.Yaxın günlərdə məhkəmə başlayacaq.

Qeyd edək ki, Etibar Pirverdiyev “Azərenerji”yə rəhbərlik etdiyi dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib. Şirkət paytaxtda bir neçə yaşayış binasının tikintisini həyata keçirib. Etibar Pirverdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra “Azenco”ya daxil olan büdcə vəsaitlərinin həcmi əhəmiyyətli dərəcədə azalıb.2022-2023-cü illərdə “Azenco”nun idarə heyətinin sədri Əliyev Vüqar Tofiqoviç olub. Sonradan isə eyni şirkətin Müşahidə Şurasının sədri işləyib.

həbsxəbərlər

Benzer içerikler

20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDU
Enerji

20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDU

20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDUQANUNVERİCİLİYƏ MÜVAFİQ DƏYİŞİKLİK EDİLİB Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv ediləcək. Bu, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb. Belə ki, yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilən 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə […]

1 dk okuma
SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIR
Enerji

SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIR

SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIRYENİ QAYDA 2027-Cİ İL YANVARIN 1-DƏN 4 İL MÜDDƏTİNƏ QÜVVƏDƏ OLACAQ Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradılacaq. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə […]

1 dk okuma
QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏR
Enerji

QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏR

QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏRYENİ QAYDALAR TƏSDİQLƏNDİ Nazirlər Kabineti “Qazdan istifadə Qaydaları”nı təsdiqləyib. Yeni qaydalar qaz təchizatı, müqavilələrin bağlanması və müraciət prosedurlarını tənzimləyir.Qərara əsasən, vətəndaşlar tikinti obyektinin qazlaşdırılması üçün qaz satıcısı ilə qazın alqı-satqısı müqaviləsini “ASAN Kommunal” mərkəzləri vasitəsilə rəsmiləşdirəcəklər.Lakin “ASAN Kommunal” mərkəzləri hələ fəaliyyət göstərməyən rayon və şəhərlərdə bu xidmət həmin mərkəzlər yaradılanadək “ASAN […]

1 dk okuma
BİNALAR ÜÇÜN ENERJİ PASPORTU MƏCBURİ OLACAQ
Enerji

BİNALAR ÜÇÜN ENERJİ PASPORTU MƏCBURİ OLACAQ

BİNALAR ÜÇÜN ENERJİ PASPORTU MƏCBURİ OLACAQPASPORT NƏ ÜÇÜNDÜR VƏ NECƏ ALINACAQ? Nazirlər Kabineti “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nı təsdiqləyib. Yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Apa xəbər verir ki,Bununla əlaqədar 2014-cü ildə qəbul edilən tikinti obyektlərinin enerji səmərəliliyinə dair əvvəlki qərar ləğv olunub.Yeni qaydalara əsasən, yenidən qurulan və ya əsaslı təmir olunan […]

2 dk okuma