Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,38$2,09%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Basın bülteni

“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS

Biznes TV2 dk okuma
Paylaş
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS

SAHİBKARLARLA VACİB GÖRÜŞ “FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS

“Fayda” İş Adamları Platforması və Biznes TV-nin birgə təşkilatçılığı, Dövlət Vergi Xidmətinin iştirakı və dəstəyi ilə inşaat, tekstil, xidmət, istehsal və logistika sahələrində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Məqsəd sahibkarlarla vergi orqanı arasında ünsiyyətin gücləndirilməsi, biznes nümayəndələrini maraqlandıran vergi məsələlərinin müzakirəsi və qarşılıqlı fikir mübadiləsi aparmaqdır. Tədbiri giriş sözü ilə açan Biznes TV-nin İdarə Heyətinin sədri Hikmət Məmmədov belə görüşlərin dövlət qurumları ilə biznes nümayəndələri arasında etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. Görüşdə iştirak edən Dövlət Vergi Xidmətinin nümayəndələri Fariz Salahov və Anar Cabbarov vergi bəyannamələrinin tərtibi, kameral vergi yoxlamaları, sahibkarlıq subyektləri ilə iş istiqamətləri və qabaqcıl beynəlxalq təcrübələr barədə sahibkarlara məlumat veriblər. Tədbir iştirakçıları fəaliyyət göstərdikləri sektora aid sualları ünvanlayıb, praktiki məsələlərin həlli ilə bağlı ətraflı izahlar alıblar. Onu da qeyd edək ki, “Fayda” İş Adamları Platforması və Biznes TV sahibkarlarla belə görüşləri mütəmadi təşkil etməyi planlaşdırır.

press-relizsahibkarxəbərlər

Benzer içerikler

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏR
İş dünyası

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏR

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏRİKİ NƏFƏR HƏBSDƏN AZAD EDİLDİ İş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aralarında məşhur şəxslərin də olduğu 5 nəfər mühakimə edilib. Onlardan yalnız iki nəfəri həbsdə idi. Dəstə […]

2 dk okuma
SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIR
Enerji

SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIR

SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIRYENİ QAYDA 2027-Cİ İL YANVARIN 1-DƏN 4 İL MÜDDƏTİNƏ QÜVVƏDƏ OLACAQ Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradılacaq. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə […]

1 dk okuma