Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,34$3,06%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

“Ford” Avropada 4 min iş yerini ixtisar edəcək

Biznes TV1 dk okuma
Paylaş
“Ford” Avropada 4 min iş yerini ixtisar edəcək
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Elektrikli avtomobillərə tələbatın azalması və Çin istehsalçıları ilə rəqabətin artması səbəbindən “Ford” şirkəti 2027-ci ilin sonuna qədər Avropada təxminən 4 min iş yerini ixtisar etməyi planlaşdırır.

“Financial Times”a istinadən, “Report”un xəbərinə görə, ixtisarlar əsasən Almaniyada (3 min) və Böyük Britaniyada (800) həyata keçiriləcək və bu, şirkətin Avropadakı işçi qüvvəsinin 14 %-ni təşkil edir.

Şirkət daha gəlirli sahələrə diqqət yönəltməyi hədəfləyir. “Ford”un vitse-prezidenti Deyv Conston bu addımların Avropada rəqabətədavamlı qalmaq üçün vacib olduğunu bildirib.

Eyni zamanda, Almaniyada “Volkswagen” də oxşar səbəblərlə zavod bağlamaları və genişmiqyaslı ixtisarlar planlaşdırır.

Mənbə: Report