Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97760,00%Brent101,32$3,47%Qızıl7.448,800,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

GÜRCÜSTANA GEDƏNLƏRƏ XOŞ XƏBƏRBAKI–TBİLİSİ–BAKI QATARLARINA ƏLAVƏ VAQONLAR QOŞULACAQ

Biznes TV1 dk okuma
Paylaş
GÜRCÜSTANA GEDƏNLƏRƏ XOŞ XƏBƏRBAKI–TBİLİSİ–BAKI QATARLARINA ƏLAVƏ VAQONLAR QOŞULACAQ

Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə qatarların sərnişin tutumu təqribən 120 faiz artırılıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə qatarların tərkibinə mərhələli şəkildə 2 komfort və 5 standart+ sinif vaqon əlavə olunub. Bununla da vaqon-restoran nəzərə alınmadan sərnişin vaqonlarının sayı 6-dan 13-ə, sərnişin tutumu isə 178 yerdən 386 yerə çatdırılıb.Məlumata görə, indiyədək Bakı–Tbilisi–Bakı marşrutu üzrə 23 minə yaxın sərnişin daşınıb və qatarların doluluq səviyyəsi 100 faiz olub. Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün Gürcüstan tərəfi ilə zəruri texniki və əməliyyat işləri aparılır.

bakıgürcüstanqatarvaqon

Benzer içerikler

AZƏRBAYCANIN DÖVLƏT BORCU NƏ QƏDƏRDİR?SON GÖSTƏRİCİLƏR MƏLUM OLDU
Ekonomi

AZƏRBAYCANIN DÖVLƏT BORCU NƏ QƏDƏRDİR?SON GÖSTƏRİCİLƏR MƏLUM OLDU

2026-cı il iyulun 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib. Bu da proqnozlaşdırılan ÜDM-in 6 faizinə bərabərdir. Daxili dövlət borcu isə 15 milyard 982 milyon manat olub və ÜDM-in 12,2 faizini təşkil edib. Daxili dövlət borcu 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,96% azalıb. İcmal büdcənin […]

1 dk okuma
19 MİLYARD GƏLİR, 2 MİLYARDDAN ÇOX PROFİSİT BÜDCƏDƏN PUL ƏN ÇOX HARA XƏRCLƏNİB?
Ekonomi

19 MİLYARD GƏLİR, 2 MİLYARDDAN ÇOX PROFİSİT BÜDCƏDƏN PUL ƏN ÇOX HARA XƏRCLƏNİB?

2026-cı ilin ilk yarısında dövlət büdcəsində 2,4 milyard manat profisit yaranıb. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, yanvar–iyun aylarında dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat, xərcləri isə 16 milyard 775,5 milyon manat olub. Nəticədə büdcədə 2 milyard 403,7 milyon manat həcmində artıqlıq və ya profisit qeydə alınıb.İlk altı ay ərzində dövlət büdcəsinin gəlirləri proqnozu […]

3 dk okuma
KİMLƏR DAHA ÇOX YARARLANIB?73 MİN NƏFƏR İPOTEKA KREDİTİ ALDISMm: 5,4 milyard manatlıq ipoteka krediti verilib
Ekonomi

KİMLƏR DAHA ÇOX YARARLANIB?73 MİN NƏFƏR İPOTEKA KREDİTİ ALDISMm: 5,4 milyard manatlıq ipoteka krediti verilib

Bu günə qədər Azərbaycanda 73,4 min nəfərə ümumilikdə 5,4 milyard manat ipoteka krediti verilib.Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib. Bildirilub ki,verilən ipoteka kreditlərinin80 faizi dövlət xətti ilə, yəni İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına,20 faizi isə bankların öz daxili ipoteka proqramları çərçivəsində ayrılıb.Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, hazırda bankların kredit portfelinin […]

2 dk okuma
AZƏRBAYCANIN TƏBİİ QAZ İXRACINDAN GƏLİRLƏRİ AZALIBDAHA ÇOX QAZ SATDIQ, DAHA AZ QAZANDIQ
Ekonomi

AZƏRBAYCANIN TƏBİİ QAZ İXRACINDAN GƏLİRLƏRİ AZALIBDAHA ÇOX QAZ SATDIQ, DAHA AZ QAZANDIQ

2026-cı ilin yanvar-may aylarında Azərbaycan Suriyaya 140,720 milyon ABŞ dolları dəyərində 418,796 milyon kubmetr təbii qaz ixrac edib.Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.Ümumilikdə, 2026-cı ilin ilk 5 ayında Azərbaycan 8 ölkəyə ümumi dəyəri 3,343 milyard ABŞ dolları olan 10,381 milyard kubmetr təbii qaz ixrac edib.Hesabat dövründə Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni […]

1 dk okuma