Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,96610,00%Brent107,39$2,66%Qızıl7.360,300,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

İctimai nəqliyyatdan istifadə edənlərin nəzərinə: Avtobusların hərəkət istiqaməti dəyişdi

Biznes TV1 dk okuma
Paylaş
İctimai nəqliyyatdan istifadə edənlərin nəzərinə: Avtobusların hərəkət istiqaməti dəyişdi

Nazirlər Kabinetinin qərarı ilə ictimai nəqliyyatda yeni ödəniş sistemi – “brutto müqavilə” modeli tətbiq edilməyə başlanıb. İlk mərhələdə 130, 205, 211, 500 və 503 nömrəli marşrutlar bu sistemə qoşulub. Digər marşrutların da mərhələli şəkildə bu sistemə keçirilməsi nəzərdə tutulur. Yeni sistemə əsasən, avtobus şirkətlərinə sərnişin sayına görə deyil, qət etdikləri məsafəyə və göstərdikləri xidmətin keyfiyyətinə görə ödəniş ediləcək.Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı və qət ediləcək məsafə əvvəlcədən müəyyənləşdiriləcək. Daşıyıcılar müəyyən olunan tələblərə uyğun xidmət göstərdikdə ödəniş alacaqlar.Bu sistemin əsas məqsədlərindən biri sərnişin sayının az olduğu saatlarda, o cümlədən axşam vaxtı avtobusların marşrutdan çıxmamasını və qrafikə uyğun işləməsini təmin etməkdir.Yeni model həmçinin az sərnişin olan şəhərətrafı və azgəlirli marşrutlarda xidmətin davamlı olmasına imkan verəcək. Yeni sistemlə avtobusların xidmət keyfiyyətinə nəzarət də gücləndiriləcək. Tələbləri pozan daşıyıcılara maliyyə və digər tədbirlər tətbiq olunacaq.

avtobusyenilikxəbərlərsonxəbəriqtisadiyyatbiznes