Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97630,00%Brent99,24$1,35%Qızıl7.541,610,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

İLK 4 AYDA AZƏRBAYCANDA 826 KİLOQRAM QIZIL HASİL OLUNUB

Biznes TV2 dk okuma
Paylaş
İLK 4 AYDA AZƏRBAYCANDA 826 KİLOQRAM QIZIL HASİL OLUNUB

İLK 4 AYDA AZƏRBAYCANDA 826 KİLOQRAM QIZIL HASİL OLUNUB HAZIR QIZIL VƏ GÜMÜŞ EHTİYATLARININ HƏCMİ AÇIQLANIB

2026-cı ilin ilk 4 ayında Azərbaycanda 826 kiloqram qızıl hasil olunub.FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.Komitənin məlumatına görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 200,3 kiloqram və ya 19,5 faiz azalıb.Eyni zamanda 2026-cı ilin ilk dörd ayında ölkədə 1 305 kiloqram gümüş hasil olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67,2 kiloqram və ya 5 faiz azdır.Ümumilikdə, Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 12,5 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz azalıb.Qeyd edək ki, 2026-cı ilin may ayının 1-nə olan vəziyyətə ölkədə hazır qızıl ehtiyatlarının həcmi 84,1 kiloqram, hazır gümüş ehtiyatlarının həcmi 84,1 kiloqram təşkil edir.

iqtisadiyyatqızılxəbərlər

Benzer içerikler

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
Ekonomi

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 dk okuma
TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER
Ekonomi

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDERMƏKTƏBLƏRDƏ TƏMİR-BƏRPA İŞLƏRİNƏ BAŞLANILIR Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın məlumatına görə, tenderin ehtimal olunan qiyməti 9 milyon 144 min 217 manat təşkil edir. Satınalma çərçivəsində ölkə üzrə təhsil müəssisələrində cari və […]

1 dk okuma
QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI
Ekonomi

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI2025-Cİ İLLƏ MÜQAYİSƏDƏ 16.9% ARTIM QEYDƏ ALINIB 2026-cı ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl istisna olmaqla Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə təkcə iyunda ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin […]

2 dk okuma