Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,38$2,09%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Siyaset

İRANDAN MÜHARİBƏNİN BİTMƏSİ ÜÇÜN 3 ŞƏRT

Biznes TV2 dk okuma
Paylaş
İRANDAN MÜHARİBƏNİN BİTMƏSİ ÜÇÜN 3 ŞƏRT

İRANDAN MÜHARİBƏNİN BİTMƏSİ ÜÇÜN 3 ŞƏRT “BU, XALQIMIZIN, RƏHBƏRİN VƏ SİLAHLI QÜVVƏLƏRİMİZİN QƏRARIDIR”

İranın ali dini lideri Müctəba Xameneinin hərbi müşaviri, SEPAH-ın keçmiş komandanı və Məsləhət Şurasının üzvü Möhsün Rzayi müharibənin dayandırılması üçün üç şərt açıqlayıb.”Report”un məlumatına görə, Rzayi bu barədə İran Dövlət Televiziyasının Xəbər Şəbəkəsinə geniş müsahibəsində danışıb. O bildirib ki, müharibə dəymiş ziyan ödənilənə, bütün iqtisadi sanksiyalar aradan qaldırılana və ABŞ-nin İranın daxili işlərinə qarışmayacağına dair zəmanət alınana qədər davam edəcək.

“Bu, xalqımızın, rəhbərin və silahlı qüvvələrimizin qərarıdır”, – deyə hərbi müşavir deyib və əlavə edib ki, ABŞ “47 il ərzində İran iqtisadiyyatına zərbə vurub” və onun inkişafına mane olub.

O iddia edib ki, ABŞ neft ehtiyatları ilə birlikdə Buşehr, Xuzistan və İlamı -yəni İranın əyalətlərini Venesuela kimi mənimsəmək istəyir.Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb.

qlobalsiyasixəbərlər

Benzer içerikler

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ
Siyaset

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİQIRĞIZISTAN HÖKUMƏTİ YANACAĞIN ÖLKƏYƏ İDXALINI İSƏ SADƏLƏŞDİRİB Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib. Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb. Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara daşınan məhsullara şamil […]

2 dk okuma
RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR
Siyaset

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİRVƏZİYYƏTDƏN SUİ-İSTİFADƏ ETMƏK İSTƏYƏNLƏRƏ XƏBƏRDARLIQ EDİLDİ Rusiya bazarında yanacaq çatışmazlığı var. Bu ölkənin Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur. Novak hakimiyyət orqanlarının neft emalı zavodlarının qorunmasını gücləndirmək üçün əlindən gələni etdiyini deyib. Bildirib ki, Rusiyanın kifayət qədər […]

1 dk okuma
ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ
Siyaset

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQTRAMP İRANIN BLOKADASININ BƏRPA OLUNDUĞUNU ELAN EDIB Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb. Bildirib ki, Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz “İran blokadası”nı bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və […]

2 dk okuma
“ƏRDOĞAN OLMASAYDI, BU ZİRVƏ GÖRÜŞÜNƏ GƏLMƏZDİM”
Siyaset

“ƏRDOĞAN OLMASAYDI, BU ZİRVƏ GÖRÜŞÜNƏ GƏLMƏZDİM”

“ƏRDOĞAN OLMASAYDI, BU ZİRVƏ GÖRÜŞÜNƏ GƏLMƏZDİM”TRAMP NATO SAMMİTİ ÜÇÜN ANKARADADIR ABŞ Prezidenti Donald Tramp NATO sammitinə Türkiyədə keçirildiyinə görə qatıldığını bildirib.“Report” xəbər verir ki, Tramp NATO ilə bağlı çox məyus olduğunu deyib.”Mən NATO ilə bağlı çox məyus olduğumu demişəm, Ərdoğan olmasaydı, bu zirvə görüşünə gəlməzdim. Ərdoğan çox güclü lider, çox güclü insandır. Bu sammitin Türkiyədə […]

2 dk okuma