Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent107,62$6,33%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

İŞÇİLƏRİN DİQQƏTİNƏ BİRDƏFƏLİK SIĞORTA ÖDƏNİŞİNƏ LİMİT TƏTBİQ EDİLƏCƏK

Biznes TV2 dk okuma
Paylaş
İŞÇİLƏRİN DİQQƏTİNƏ BİRDƏFƏLİK SIĞORTA ÖDƏNİŞİNƏ LİMİT TƏTBİQ EDİLƏCƏK

Prezident İlham Əliyev “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.Yeni dəyişikliklərə əsasən, birdəfəlik sığorta ödənişinin verilməsi nəzərdə tutulan hallarda hesablanan ödənişin məbləği sığorta hadisəsinin baş verdiyi tarixdə ölkə üzrə müəyyən edilən minimum aylıq əməkhaqqının min mislindən artıq ola bilməyəcək.

Qanuna edilən digər dəyişikliklərə görə, büdcə və ya müqavilə ili ərzində sığorta olunanların sayında, kateqoriyalarında, peşə riski dərəcəsində və ya əməkhaqqı fondunda dəyişiklik baş verərsə, sığorta haqqı həmin dəyişikliklərin qüvvəyə mindiyi tarixdən ilin sonunadək qalan müddət üçün yenidən hesablanacaq.

Bundan başqa, büdcə ili ərzində yeni sığortalı yarandıqda və ya sığorta haqqının yenidən hesablanmasını tələb edən hallar baş verdikdə, hesablanan sığorta haqları həmin halın yarandığı tarixdən etibarən 15 iş günü ərzində ödənilməlidir.Dəyişikliklərə əsasən, sığorta vəsaitləri son 24 ay ərzində gecikdirilmiş gəlir faizi ödənişi olmayan banklarda depozitə yerləşdirilməsindən əldə olunan gəlirlər hesabına da formalaşacaq.Qanun dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və bələdiyyə müəssisələrində, publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan işçilərə, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə, eləcə də könüllülərə tətbiq edilir.

işçiişçilərişəgötürən

Benzer içerikler

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
Ekonomi

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 dk okuma
İŞSİZ QALANLARIN KREDİT BORCU SIĞORTALANACAQİŞİNİ İTİRƏNİN BORCUNU KİM ÖDƏYƏCƏK?
Ekonomi

İŞSİZ QALANLARIN KREDİT BORCU SIĞORTALANACAQİŞİNİ İTİRƏNİN BORCUNU KİM ÖDƏYƏCƏK?

Azərbaycanda işsizlikdən sığorta təminatı verən yeni məhsul hazırlanır.”Unikal” xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Hazırlanan qaydalara əsasən, kredit götürən şəxs işini özündən asılı olmayan səbəbdən itirərsə və kreditini ödəyə bilməzsə, müəyyən şərtlər daxilində ödənişləri sığorta şirkəti qarşılayacaq.Deputat Vüqar Bayramov bildirib ki, O bildirib ki, borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması […]

2 dk okuma