Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent106,10$1,42%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

KƏMALƏDDİN HEYDƏROVUN OĞLUNA QARŞI 12 MİLYONLUQ DƏLƏDUZLUQ?

Biznes TV2 dk okuma
Paylaş
KƏMALƏDDİN HEYDƏROVUN OĞLUNA QARŞI 12 MİLYONLUQ DƏLƏDUZLUQ?

KƏMALƏDDİN HEYDƏROVUN OĞLUNA QARŞI 12 MİLYONLUQ DƏLƏDUZLUQ? DAHA BİR TANINMIŞ İŞ ADAMI CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLİB

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun zərərçəkmiş olduğu cinayət işi ilə bağlı daha bir tanınmış iş adamı cinayət məsuliyyətinə cəlb edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Azfinance İnvestisiya Şirkəti”-nin Müşahidə Şurasının sədri olmuş Abid Mamedov barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. O, hazırda həbsdə olan “Azfinance İnvestisiya Şirkəti”nin direktoru İntiqam Səfərəliyevlə birgə xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir. Lakin Mamedov ölkədə olmadığı üçün onun tutulması mümkün olmayıb. İttihama gəlincə, İntiqam Səfərəliyev və Abid Mamedovla Tale Heydərov arasında alqı-satqı münasibətləri olub. Onlar Heydərova milyonlarla manat dəyərində zavod satıblar. Lakin sonuncu sonradan müqavilədən imtina edərək aldadıldığını bildirib və prokurorluğa şikayət edib. Tale Heydərov istintaqda ona 11 milyon 903 min manat ziyan dəydiyini deyib. Yekunda dəymiş ziyanın məbləği də bu həcmdə müəyyən edilib. Hazırda İntiqam Səfərəliyevin işi üzrə ilkin istintaq yekunlaşıb, Abid Mamedovun işi isə ayrıca icraata ayrılıb və o, axtarışa verilib. Təqsirləndirilən şəxslər isə ittihamı qətiyyət qəbul etmirlər. Hesab edirlər ki, ortada cinayət yoxdur. Onların iddiasına görə, Tale Heydərov, İntiqam Səfərəliyev və Abid Mamedov arasında rəsmi alqı-satqı olub və tərəflər birgə gəlir əldə ediblər. Lakin sonradan Heydərov müqaviləni pozmaq istədiyi üçün mübahisə yaranıb və o, qazandığı gəlirlə yanaşı, zavod üçün ödədiyi vəsaiti də geri tələb edib. İşin əsl təfərrüatı məhkəmə istintaqı zamanı ortaya çıxacaq. Tərəflər öz dəlil və sübutlarını təqdim edəcəklər.

dələduzluqxəbərlər

Benzer içerikler

KİMLƏR DAHA ÇOX YARARLANIB?73 MİN NƏFƏR İPOTEKA KREDİTİ ALDISMm: 5,4 milyard manatlıq ipoteka krediti verilib
Ekonomi

KİMLƏR DAHA ÇOX YARARLANIB?73 MİN NƏFƏR İPOTEKA KREDİTİ ALDISMm: 5,4 milyard manatlıq ipoteka krediti verilib

Bu günə qədər Azərbaycanda 73,4 min nəfərə ümumilikdə 5,4 milyard manat ipoteka krediti verilib.Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib. Bildirilub ki,verilən ipoteka kreditlərinin80 faizi dövlət xətti ilə, yəni İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına,20 faizi isə bankların öz daxili ipoteka proqramları çərçivəsində ayrılıb.Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, hazırda bankların kredit portfelinin […]

2 dk okuma
İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
Ekonomi

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 dk okuma
TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER
Ekonomi

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDERMƏKTƏBLƏRDƏ TƏMİR-BƏRPA İŞLƏRİNƏ BAŞLANILIR Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın məlumatına görə, tenderin ehtimal olunan qiyməti 9 milyon 144 min 217 manat təşkil edir. Satınalma çərçivəsində ölkə üzrə təhsil müəssisələrində cari və […]

1 dk okuma