Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97630,00%Brent99,24$1,35%Qızıl7.541,610,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Bölgeler

KİÇİK BİZNESDƏN BÖYÜK İQTİSADİ GÜCƏ

Biznes TV2 dk okuma
Paylaş
KİÇİK BİZNESDƏN BÖYÜK İQTİSADİ GÜCƏ

KİÇİK BİZNESDƏN BÖYÜK İQTİSADİ GÜCƏ KOBİA-NIN YARANMASINDAN 8 İL ÖTÜR

Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətə başlamasından 8 il ötür. Agentlik bu müddətdə KOB sektorunun inkişafına dövlət dəstəyinin əsas institusional dayaqlarından birinə çevrilib. KOBİA tərəfindən ölkədə sahibkarlara xidmətin əlçatanlığı üçün geniş infrastruktur qurulub. Hazırda Bakı, Xaçmaz, Yevlax və Şuşada fəaliyyət göstərən KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən ümumilikdə 1,4 milyon xidmət göstərilib. Gəncə KOB evinin də yaxın günlərdə açılması gözlənilir.Sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində 64 800 sahibkara 5 200 təlim, 10 000-ə yaxın məsləhət xidməti təqdim olunub. 48 şəhər və rayonda fəaliyyət göstərən “KOB dostu” şəbəkəsi isə sahibkarların problemlərinin operativ həllinə dəstək verib. Ötən 8 ildə KOB-lar üçün yeni dəstək mexanizmləri yaradılıb. 240-a yaxın startap üçün vergi güzəşti təmin edən “Startap” şəhadətnaməsi verilib, 129 layihəyə 2,2 milyon manat qrant ayrılıb. 2 000-ə yaxın KOB-un yerli və beynəlxalq sərgilərdə iştirakı təmin olunub, iki KOB klasteri – Quba və Sumqayıtda yaradılıb. KOB-ların rəqəmsallaşdırılması istiqamətində e-KOB evi portalı istifadəyə verilib və 2026-cı ildən tam fəaliyyət göstərəcək. Bu dövrdə KOB-ların iqtisadi göstəricilərində də nəzərəçarpan artım qeydə alınıb. Onlarln sayı artaraq 424 000-i keçib, əlavə dəyər 2 dəfədən çox artaraq 21,1 mlrd manata çatıb, KOB-larda məşğul olanların sayı isə 417 800 nəfəri ötüb. Agentliyin fəaliyyəti beynəlxalq səviyyədə də qiymətləndirilib – OECD və Avropa İttifaqı hesabatlarında KOBİA yüksək nəticələrlə fərqlənib.

biznesxəbərlər

Benzer içerikler

SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏ
Bölgeler

SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏ

SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏHƏRRACA ÇIXARILIR Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan 2 mənzili 5-ci dəfə 50 faiz endirimlə açıq hərrac vasitəsilə satışa çıxarılacaq.Yeniavaz.com xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 61 kvadratmetr və Bakı şəhəri, Yasamal rayonundakı 370 kvadratmetr sahəsi olan […]

2 dk okuma
ELMAR VƏLİYEVƏ MƏXSUS OLDUĞU BİLDİRİLƏN BAZAR SATIŞA ÇIXARILDIİLK HƏRRAC QİYMƏTİ 15,64 MİLYON MANAT
Bölgeler

ELMAR VƏLİYEVƏ MƏXSUS OLDUĞU BİLDİRİLƏN BAZAR SATIŞA ÇIXARILDIİLK HƏRRAC QİYMƏTİ 15,64 MİLYON MANAT

Gəncədə fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” hərraca çıxarılıb.“Qafqazinfob” xəbər verir ki, obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir.Avqustun 11-də baş tutacaq ilk hərracda bazarın minimum satış qiyməti 15,640,000 AZN-dir.Bazarın Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir.Xatırladaq ki, bundan əvvəl Elmar Vəliyevə məxsus 20 hektar ərazidə yerləşən “Grand Qafqaz […]

2 dk okuma
BİZNES İDEYALARINI MALİYYƏLƏŞDİRMƏYİN YENİ YOLU RƏSMİLƏŞİR
Bankacılık ve finans

BİZNES İDEYALARINI MALİYYƏLƏŞDİRMƏYİN YENİ YOLU RƏSMİLƏŞİR

BİZNES İDEYALARINI MALİYYƏLƏŞDİRMƏYİN YENİ YOLU RƏSMİLƏŞİRAZƏRBAYCANDA KRAUDFANDİNQİN HÜQUQİ BAZASI YARADILIR Azərbaycanda kraudfandinq ilk dəfə qanunla tənzimlənəcək.Məsələ Milli Məclisdə müzakirəyə çıxarılan “Kraudfandinq haqqında” qanun layihəsində əksini tapıb.Belə ki, qanun layihəsi ilə Azərbaycanda ilk dəfə səhm və borc əsaslı kraudfandinq institutunun hüquqi bazası yaradılır. Layihəyə əsasən, investorlardan pul vəsaitlərinin kraudfandinq platformaları vasitəsilə cəlb edilməsi, platforma operatorlarının fəaliyyəti, […]

2 dk okuma