Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent103,81$3,55%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

Kiçik və orta biznesin maliyyələşdirilməsi ilə bağlı 6-cı qrant müsabiqəsi elan edildi

Biznes TV3 dk okuma
Paylaş
Kiçik və orta biznesin maliyyələşdirilməsi ilə bağlı 6-cı qrant müsabiqəsi elan edildi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir.

Şərtlər:

– Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;

– Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır;

– Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;

– Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;

– Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;

– Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;

– Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 15.12.2024-cü il tarixindən başlanılması nəzərə alınmalıdır;

– Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 000 (iyirmi min) manat həcmində nəzərdə tutulur.

Layihə sənədlərinin qəbulu: 24 sentyabr 2024-cü il, saat 09:00-dan – 23 oktyabr 2024-cü il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır).

Müsabiqənin keçirilmə vaxtı: 25 oktyabr 2024-cü il – 25 noyabr 2024-cü il.

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 24 sentyabr 2024-cü il saat 09:00-dan – 23 oktyabr 2024-cü il saat 18:00-dək elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət edə bilərlər:

– Ərizə forması;

– Müsabiqəyə təqdim olunan layihə;

– Layihənin büdcəsinin maliyyə əsaslandırılması;

– KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri;

– Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.

(Qeyd: müvafiq sənədləri aşağıdakı linkdən yükləyə bilərsiniz: https://smb.gov.az/az/nav/qrant)

Müsabiqənin nəticələri barədə məlumat 25 noyabr 2024-cü il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

Əlavə məlumat üçün: (+994 12) 404 04 01, 131 Çağrı Mərkəzi.