Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,38$2,09%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Bankacılık ve finans

Lənkəran – Gənclər Paytaxtında “EcoGrow” Layihəsi Keçirildi

Biznes TV2 dk okuma
Paylaş
Lənkəran – Gənclər Paytaxtında “EcoGrow” Layihəsi Keçirildi

Layihə Azərbaycan Respublikasının Gənclər Fondu maliyyə dəstəyi, EcoHub Ekoloji Təəəbbüslərə dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran-Astara regional nümayəndəliyi, Lənkəran skautları (“Xan skaut” səyyah dəstəsi), Lənkəran Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı (LDU TGT) və Pause Coffee & Tea-nin təşkilati dəstəyi ilə həyata keçirilmişdir.

Azərbaycanın Gənclər Paytaxtı Lənkəranda ekoloji maarifləndirmə məqsədi daşıyan iki günlük “EcoGrow” layihəsi uğurla həyata keçirildi. Layihənin əsas məqsədi gənclərin ekoloji biliklərini artırmaq, onları ətraf mühitin qorunması istiqamətində təşəbbüslərə cəlb etmək və yaradıcılıqlarını inkişaf etdirmək idi.

Birinci sessiyada iştirakçılar iqlim dəyişikliyi, ekoloji dayanıqlıq və ətraf mühitin qorunması ilə bağlı məlumatlandırıcı təlimlərdə iştirak ediblər. Bu sessiya gənclərin ekoloji biliklərini dərinləşdirmək məqsədini daşıyırdı.

İkinci sessiyada isə iştirakçılar yaradıcılıqlarını nümayiş etdirərək, öz təxəyyülləri ilə eko-çantalar dizayn ediblər. Sessiyanın sonunda hər bir iştirakçıya öz dizayn etdiyi eko-çanta hədiyyə edilib. Layihənin hər iki hissəsində 55-dən çox gənc iştirak edib.

Layihənin yekununda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub. Tədbir xatirə fotosu ilə başa çatıb.

Benzer içerikler

“SPACE TV”NİN BANK HESABLARINA HƏBS QOYULDU İŞÇİLƏRİN MAAŞLARI NECƏ ÖDƏNİLƏCƏK?
Bankacılık ve finans

“SPACE TV”NİN BANK HESABLARINA HƏBS QOYULDU İŞÇİLƏRİN MAAŞLARI NECƏ ÖDƏNİLƏCƏK?

“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub. “Qaynarinfo” xəbər verir ki, Bakı Kommersiya Məhkəməsi “Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib.İş materiallarına əsasən, 2021-ci ildə “Space TV”yə “Xalq Bank” tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 min ABŞ […]

2 dk okuma
HESABLAMA PALATASI 160 MİLYON MANATLIQ NÖQSAN AŞKARLADI14,8 MİLYON MANATLIQ MATERİAL HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA GÖNDƏRİLDİ
Bankacılık ve finans

HESABLAMA PALATASI 160 MİLYON MANATLIQ NÖQSAN AŞKARLADI14,8 MİLYON MANATLIQ MATERİAL HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA GÖNDƏRİLDİ

2026-cı ilin yanvar-iyun aylarında Hesablama Palatasının keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri zamanı ümumilikdə 160,3 milyonmanat məbləğində nöqsan aşkarlanıb. Qurumun açıqladığı altı aylıq fəaliyyət nəticələrinə görə, aşkar edilən nöqsanların 35 milyon manatı üzrə bərpa barədə qərar qəbul edilib, 14,8 milyon manatlıq material hüquq-mühafizə orqanlarına göndərilib. Digər nöqsanların məbləği isə 110,5 milyon manat təşkil edib.Nəzarət tədbirləri təhsil, […]

1 dk okuma