Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,12$2,33%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

Mərkəzi Bankdan yeni rekord: Buraxılan notların dəyəri 1.5 milyard manatı ötdü

Biznes TV1 dk okuma
Paylaş
Mərkəzi Bankdan yeni rekord: Buraxılan notların dəyəri 1.5 milyard manatı ötdü

Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notlarının ümumi dəyəri 1 milyard 525 milyon manata çatıb.Report xəbər verir ki, Bu, avqustun 26-sı ilə müqayisədə 82,5 milyon manat artım deməkdir.Beləliklə, notların dəyəri 2023-cü ilin oktyabrından bəri ilk dəfə 1,5 milyard manatı keçib. Xatırladaq ki, AMB 2022-ci il sentyabrın 1-dən yen pul siyasəti həyata keçirir. Bu çərçivədə dövriyyəyə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 5,9 %, 6,01 %, 6,1 % və 6,21 %-dir. Qeyd edək ki,not Mərkəzi Bankın buraxdığı qısamüddətli borc qiymətli kağızıdır. Yəni Mərkəzi Bank banklardan və digər maliyyə qurumlarından müəyyən məbləğdə pul cəlb edir, qarşılığında onlara not verir və müddəti bitəndə həmin pulu faizlə geri qaytarır.

biznespulbankmərkəzibankxəbərlər