Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,34$3,06%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

Neftçalada 21,7 min ton pambıq istehsal edilib

Biznes TV1 dk okuma
Paylaş
Neftçalada 21,7 min ton pambıq istehsal edilib
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Neftçala rayonunda bu günə qədər 21,700 ton pambıq yığılıb.

“Report”un Aran bürosunun məlumatına görə, bu il rayon ərazisində 8 min hektar sahədə pambıq əkilib. Aqrotexniki qaydalara əməl olunması sayəsində sahələrdə bol məhsul yetişdirilib.

Yığılan məhsulun 90-95 faizi pambıqyığan maşınlarla toplanıb. İndiyə qədər 7,400 hektar sahənin məhsulu tədarük məntəqələrinə təhvil verilib. Orta məhsuldarlıq hər hektardan 27 sentner təşkil edir.

Hazırda pambıq yığımı davam edir.

Mənbə: Report