Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent107,62$6,33%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Bölgeler

NİGAR FƏRHADA DƏLƏDUZLUQ İTTİHAMI

Biznes TV1 dk okuma
Paylaş
NİGAR FƏRHADA DƏLƏDUZLUQ İTTİHAMI

“AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən, aparıcı, ekspert Nigar Fərhad saxlanılıb. Trend-in əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanılan cinayət işində təqsirləndirilən şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat göndərilməsi nəzərdə tutulur. Qeyd edək ki, bir qrup vətəndaş “AID Group” xaricdə təhsil şirkətinin fəaliyyəti və Nigar Fərhadla bağlı şikayətlər səsləndirib. Şikayətçilər xaricdə təhsil və iş imkanlarının yaradılması vədi ilə şirkətə minlərlə manat ödəniş etdiklərini, lakin vəd olunan xidmətlərin göstərilmədiyini bildiriblər. Onların sözlərinə görə, ödədikləri vəsaitin geri qaytarılması ilə bağlı müraciətləri də nəticəsiz qalıb. Bir müddət öncə Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib. İş onun faktiki rəhbərlik etdiyi “AİD Group” xaricdə təhsil şirkəti ilə bağlıdır. Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

nigardələduzluqtəhsilxarici

Benzer içerikler

ELMAR VƏLİYEVƏ MƏXSUS OLDUĞU BİLDİRİLƏN BAZAR SATIŞA ÇIXARILDIİLK HƏRRAC QİYMƏTİ 15,64 MİLYON MANAT
Bölgeler

ELMAR VƏLİYEVƏ MƏXSUS OLDUĞU BİLDİRİLƏN BAZAR SATIŞA ÇIXARILDIİLK HƏRRAC QİYMƏTİ 15,64 MİLYON MANAT

Gəncədə fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” hərraca çıxarılıb.“Qafqazinfob” xəbər verir ki, obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir.Avqustun 11-də baş tutacaq ilk hərracda bazarın minimum satış qiyməti 15,640,000 AZN-dir.Bazarın Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir.Xatırladaq ki, bundan əvvəl Elmar Vəliyevə məxsus 20 hektar ərazidə yerləşən “Grand Qafqaz […]

2 dk okuma
SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏ
Bölgeler

SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏ

SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏHƏRRACA ÇIXARILIR Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan 2 mənzili 5-ci dəfə 50 faiz endirimlə açıq hərrac vasitəsilə satışa çıxarılacaq.Yeniavaz.com xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 61 kvadratmetr və Bakı şəhəri, Yasamal rayonundakı 370 kvadratmetr sahəsi olan […]

2 dk okuma
DÖVLƏT QULLUQÇULARININ MAAŞLARI AÇIQLANDI
Bölgeler

DÖVLƏT QULLUQÇULARININ MAAŞLARI AÇIQLANDI

BAKIDA 13 MİN, BƏZİ RAYONLARDA İSƏ 700 MANATDAN AZDÖVLƏT QULLUQÇULARININ MAAŞLARI AÇIQLANDI Azərbaycanda hazırda 27,4 min dövlət qulluqçusu çalışır və onların 30,3 faizi qadınlardır.Bunu millət vəkili Vüqar Bayramov Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deyib.Onun sözlərinə görə, dövlət qulluqçularının əksəriyyəti Bakıda işləyir. Paytaxtda 13 756 dövlət qulluqçusu olduğu halda, bəzi iqtisadi rayonlarda bu rəqəm 1000 […]

2 dk okuma