Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,12$2,33%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Dünya

“NVIDIA” 59 MİLYARD DOLLAR QAZANDI

Biznes TV1 dk okuma
Paylaş
“NVIDIA” 59 MİLYARD DOLLAR QAZANDI

Amerikanın “Nvidia” şirkətinin rüblük xalis mənfəəti 2025-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 59,69 milyard dollar təşkil edib.Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.“Nvidia”nın banisi və baş direktoru Censen Huanq bildirib ki, süni intellekt sahəsində tələbat sürətlə artır və hesablama imkanları artıq gəlir mənbəyinə çevrilir.Cəmi üç il əvvəl şirkətin rüblük mənfəəti 6,2 milyard dollar olub. “The New York Times”ın məlumatına görə, bu sürətli artım əsasən “Nvidia”nın süni intellekt sistemləri üçün istifadə olunan yarımkeçiricilər bazarının təxminən 90%-nə nəzarət etməsi ilə bağlıdır.Şirkətin əsas gəlir mənbəyi isə data mərkəzləri seqmentidir. Bu sahədə gəlirlər 117% artaraq 89 milyard dollara çatıb və ümumi satışların 90%-dən çoxunu təşkil edib. “Nvidia” cari rübdə gəlirinin daha 90% artaraq 108 milyard dollara çatacağını gözləyir. Bununla belə, şirkətin maliyyə direktoru Kolet Kres tədarükdəki qıtlığın ən azı 2028-ci ilin yanvarınadək davam edə biləcəyini bildirib.

ainvdiapulmilyard