Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,38$2,09%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

PAKİSTANDA ENERJİ BÖHRANI

Biznes TV2 dk okuma
Paylaş
PAKİSTANDA ENERJİ BÖHRANI

PAKİSTANDA ENERJİ BÖHRANI MALİYYƏ NAZİRLİYİ 12 GÜNLÜK NEFT EHTİYATI QALDIĞINI AÇIQLADI

Yaxın Şərqdə eskalasiyaların davam etməsi və Hörmüz boğazında beynəlxalq neft daşımalarının məhdudlaşdırılması fonunda Pakistanın Maliyyə Nazirliyi ölkədə neft ehtiyatlarının yalnız 12 gün üçün kifayət edəcəyini bildirib.”Unikal” xəbər verir ki,

ölkəyə daxil olan yüklər və planlaşdırılmış idxal hesabına neft ehtiyatları təmin edilir.Neft emalı zavodlarının optimal səviyyədə fəaliyyət göstərdiyi və benzin, dizel yanacağı, eləcə də neft təchizatı ilə bağlı ümumi vəziyyətin hələlik sabit olaraq qaldığı bildirilir.Qeyd edək ki, Pakistanda hazırda enerji təminatı ilə bağlı böhran yaşanır.

Martın 9-da Pakistan hökuməti Yaxın Şərqdəki vəziyyət və Fars körfəzi ölkələrindən enerji daşıyıcılarının tədarükündə yaranan fasilələr səbəbindən sərt yanacaq qənaəti tədbirləri tətbiq edib.Martın 18-dən etibarən ölkədə məktəblərin fəaliyyəti dayandırılıb, ali təhsil müəssisələri isə onlayn tədrisə keçib. Dövlət qurumlarının avtomobil nəqliyyatının yanacaqla təminatı 50 faiz azaldılıb, onların avtoparkından istifadə isə 60 faiz ixtisar edilib.

Enerji resurslarına qənaət məqsədilə dövlət qulluqçularının yarısı distant iş rejiminə keçirilib, bütün dövlət qurumlarında isə dörd günlük iş həftəsi tətbiq olunub.

iqtisadiyyatneftqlobalxəbərlər

Benzer içerikler

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI
Ekonomi

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI2025-Cİ İLLƏ MÜQAYİSƏDƏ 16.9% ARTIM QEYDƏ ALINIB 2026-cı ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl istisna olmaqla Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə təkcə iyunda ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin […]

2 dk okuma
İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
Ekonomi

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 dk okuma
NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ
Siyaset

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİQIRĞIZISTAN HÖKUMƏTİ YANACAĞIN ÖLKƏYƏ İDXALINI İSƏ SADƏLƏŞDİRİB Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib. Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb. Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara daşınan məhsullara şamil […]

2 dk okuma