Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97760,00%Brent101,40$3,55%Qızıl7.448,800,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

QARABAĞDA YENİDƏNQURMAYA MİLYARDLIQ VƏSAİTPUL ƏN ÇOX HARA SƏRF OLUNDU?

Biznes TV1 dk okuma
Paylaş
QARABAĞDA YENİDƏNQURMAYA MİLYARDLIQ VƏSAİTPUL ƏN ÇOX HARA SƏRF OLUNDU?

2026-cı ilin I yarısında Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulmasına və bərpasına 1 milyard 64,1 milyon manat vəsait yönəldib.”Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,45 % azdır.

Ayrılan vəsaitin əsas hissəsi – 974,1 milyon manatı infrastruktur layihələrinə sərf olunub. Bunun 489,3 milyon manatı avtomobil yollarının tikintisi və yenidən qurulmasına, 371,1 milyon manatı isə yeni yaşayış komplekslərinin inşasına yönəldilib.Bundan başqa, 67,6 milyon manat turizm infrastrukturunun yaradılmasına, 45,3 milyon manat ərazilərin minalardan təmizlənməsinə, 29,8 milyon manat səhiyyə və mədəniyyət obyektlərinin maliyyələşdirilməsinə, 14,9 milyon manat isə müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmirinə xərclənib.

milyardmilyonqarabağtikintiyeni

Benzer içerikler

AZƏRBAYCAN YARIMİLDƏ 1 MİLYARD MANATA YAXIN BORC QAYTARIBDAXİLİ VƏ XARİCİ DÖVLƏT BORCUNA ÖDƏNİŞLƏR AÇIQLANDI
Ekonomi

AZƏRBAYCAN YARIMİLDƏ 1 MİLYARD MANATA YAXIN BORC QAYTARIBDAXİLİ VƏ XARİCİ DÖVLƏT BORCUNA ÖDƏNİŞLƏR AÇIQLANDI

2026-cı ilin I yarısında Azərbaycanda dövlət büdcəsi xərclərinin 5,6 %-i və yaxud 944,8 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.”Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,05 % azdır.Yarım il ərzində daxili dövlət borcu üzrə 275,9 milyon manat , xarici dövlət borcu üzrə 668,9 milyon […]

1 dk okuma
VALYUTA EHTİYATLARINDAN ƏLAVƏ GƏLİR ƏLDƏ OLUNACAQ MƏRKƏZİ BANK İLK DƏFƏ QİYMƏTLİ KAĞIZLARIN İCARƏSİNƏ BAŞLAYIB
Ekonomi

VALYUTA EHTİYATLARINDAN ƏLAVƏ GƏLİR ƏLDƏ OLUNACAQ MƏRKƏZİ BANK İLK DƏFƏ QİYMƏTLİ KAĞIZLARIN İCARƏSİNƏ BAŞLAYIB

Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının idarə edilməsində yeni maliyyə alətindən istifadə etməyə başlayıb. Qurum ilk dəfə olaraq qiymətli kağızların icarəyə verilməsi əməliyyatını tətbiq edir.Mərkəzi Bankın məlumatına görə, bu addım valyuta ehtiyatlarının idarə olunmasının daha səmərəli təşkili, tətbiq olunan alətlərin şaxələndirilməsi və əlavə gəlirlərin əldə edilməsi məqsədi daşıyır.Proqram Mərkəzi Bankın uzunmüddətli tərəfdaşı olan Bank of New […]

1 dk okuma
NEFT FONDU NƏ QƏDƏR GƏLİR ƏLDƏ ETDİ?
Ekonomi

NEFT FONDU NƏ QƏDƏR GƏLİR ƏLDƏ ETDİ?

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2026-cı ilin ilk 6 ayının sonunda 72,6 milyard ABŞ dolları -123,4 milyard manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə azalma deməkdir.Fondun məlumatına görə, yanvar-iyun aylarında neft-qaz gəlirləri 4,95 milyard manat,investisiyaların idarə olunmasından gəlirlər 3,58 milyard manat olub.Bu dövrdə ARDNF-in ümumi gəlirləri 8,53 milyard manat təşkil edib.Fond dövlət büdcəsinə 6,42 […]

1 dk okuma