Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,42$2,98%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını bir neçə dəfə artıracaq

Biznes TV1 dk okuma
Paylaş
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını bir neçə dəfə artıracaq
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

2024-cü ildə Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 1,5 milyon ton neft nəql edəcək və gələcəkdə bu həcmi illik 20 milyon tona çatdırmağı planlaşdırır.

Biznes TV “Bloomberg”ə istinadən bildirir ki, bu barədə Qazaxıstanın Energetika naziri Almasadam Satkaliyev məlumat verib.

Nazir Qazaxıstan Məclisində keçirilən müşavirədə neftin ölkə iqtisadiyyatındakı vacib rolunu vurğulayaraq bildirib ki, hazırda neft-qaz sektorunun dövlət büdcəsində payı 28 faizdən çoxdur. Satkaliyev əlavə edib ki, bu il 88,4 milyon ton neft hasilatı, bunun isə 68,8 milyon tonunun ixracı planlaşdırılır.

Alternativ nəqliyyat marşrutlarının hazırlanmasını strateji vəzifə kimi dəyərləndirən nazir BTC kəmərinin bu baxımdan perspektivli olduğunu qeyd edib. O, həmçinin 2026-cı ilə qədər illik neft hasilatını 100 milyon ton, 2035-ci ilə qədər isə daxili bazarın yanacaq məhsulları ilə tam təminatını hədəflədiklərini açıqlayıb.