Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,95280,00%Brent99,60$4,98%Qızıl7.423,930,00%TRY/AZN0,03480,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

QİDA TƏHLÜKƏSİZLİYİ XƏBƏRDARLIĞI: ZƏRƏRLİ YAĞIN 20 TONU TƏDARÜKÇÜYƏ QAYTARILDI

Biznes TV1 dk okuma
Paylaş
QİDA TƏHLÜKƏSİZLİYİ XƏBƏRDARLIĞI: ZƏRƏRLİ YAĞIN 20 TONU TƏDARÜKÇÜYƏ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan yoxlama zamanı “Vita Milk” MMC-nin idxal etdiyi “Крестьянское Чудо” markalı bitki tərkibli spred yağ məhsulunda uyğunsuzluq aşkarlanıb.AQTA-dan verilən məlumata görə,məhsuldan götürülən nümunələrin laborator müayinəsi zamanı 3-MCPD göstəricisinin yəni normaya uyğun olmadığı müəyyən edilib.Bununla əlaqədar qanunvericiliyə uyğun tədbir görülüb və ümumi çəkisi 20 ton olan məhsul istehsalçı ölkəyə geri qaytarılıb.Araşdırmalarda göstərilir ki, tam adı 3-monoxlorpropan-1,2-diol olan kimyəvi çirkləndiriciyə uzunmüddətli məruz qalma əsasən böyrəklər və kişi reproduktiv sistemi ilə bağlı risklər yarada bilər.

yağbazariqtisadiyyatxəbərlər