Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97630,00%Brent99,24$1,35%Qızıl7.541,610,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Siyaset

RUSİYA QAZAXISTAN NEFTİNİN TRANZİTİNİ DAYANDIRIR

Biznes TV2 dk okuma
Paylaş
RUSİYA QAZAXISTAN NEFTİNİN TRANZİTİNİ DAYANDIRIR

RUSİYA QAZAXISTAN NEFTİNİN TRANZİTİNİ DAYANDIRIR DAŞIMALARDA AZƏRBAYCAN ÖN PLANA KEÇİR?

Almaniyada 2026-cı ilin mayın 1-dən etibarən Rusiya vasitəsilə Qazaxıstan neftinin tranzitinin dayandırılacağı təsdiqlənib.Almaniyanın İqtisadiyyat Nazirliyi qeyd edib ki, Qazaxıstan neftinin tədarükünün dayandırılması ölkə üçün ciddi risk yaratmayacaq. Bununla belə, Almaniyanın Şvedt şəhərində yerləşən neft emalı zavodu fəaliyyətini daha aşağı güclə davam etdirməli olacaq.Qeyd edək ki, sözügedən zavod Berlin və Almaniyanın şimal-şərq bölgəsini dizel yanacağı, benzin, kerosin və mazutla təmin edir.Qazaxıstanın energetika naziri Erlan Akkenjenov da may ayında Almaniyaya neft tədarükünün olmayacağını təsdiqləyib.

Nazir əlavə edib ki, bunun səbəbi, böyük ehtimalla, son dövrlərdə Rusiya infrastrukturuna endirilən zərbələrlə bağlıdır.Xatırladaq ki, Almaniya Ukraynadakı müharibədən sonra Rusiya neftindən imtina etdikdən sonra Qazaxıstan bu ölkə üçün əsas tədarükçülərdən birinə çevrilib. Qeyd edək ki,Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması da aktiv şəkildə həyata keçirilir və tranzit həcmləri artıq milyonlarla tonla ölçülür.

iqtisadiyyatneftqazaxistanqlobalrusiyasiyasixəbərlər

Benzer içerikler

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ
Siyaset

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİQIRĞIZISTAN HÖKUMƏTİ YANACAĞIN ÖLKƏYƏ İDXALINI İSƏ SADƏLƏŞDİRİB Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib. Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb. Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara daşınan məhsullara şamil […]

2 dk okuma
RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR
Siyaset

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİRVƏZİYYƏTDƏN SUİ-İSTİFADƏ ETMƏK İSTƏYƏNLƏRƏ XƏBƏRDARLIQ EDİLDİ Rusiya bazarında yanacaq çatışmazlığı var. Bu ölkənin Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur. Novak hakimiyyət orqanlarının neft emalı zavodlarının qorunmasını gücləndirmək üçün əlindən gələni etdiyini deyib. Bildirib ki, Rusiyanın kifayət qədər […]

1 dk okuma
ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ
Siyaset

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQTRAMP İRANIN BLOKADASININ BƏRPA OLUNDUĞUNU ELAN EDIB Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb. Bildirib ki, Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz “İran blokadası”nı bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və […]

2 dk okuma
RUSİYA İLƏ TİCARƏTDƏ KƏSKİN ENİŞ
Siyaset

RUSİYA İLƏ TİCARƏTDƏ KƏSKİN ENİŞ

RUSİYA İLƏ TİCARƏTDƏ KƏSKİN ENİŞDÖVRİYYƏ 36,7 FAİZ AZALDI 2026-cı ilin yanvar-may aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 366 milyon 745 min dollar olub.”Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,7 % azdır. Rusiya ilə ticarət ümumi dövriyyənin 6,5 %-i qədər olub.Eyni dövrdə Azərbaycan […]

1 dk okuma