TRAMPIN OĞLUNA TƏHDİD

İran dövlət televiziyasında ABŞ prezidenti Donald Trampın 20 yaşlı oğlu Barron Trampı hədəf alan təhdidedici video yayımlanıb.Publika.az xəbər verir ki, təxminən üç dəqiqəlik süjetdə Trampın oğlunun izlənildiyi iddia olunub və onun öldürülməsi üçün 10 milyon dollar mükafat təklif edildiyi bildirilib. Bununla yanaşı, videoda Barronun gündəlik həyatı, universiteti və mühafizəsi ilə bağlı müxtəlif görüntülər nümayiş etdirilib. ABŞ tərəfi isə videoya ciddi reaksiya verib. ABŞ Məxfi Xidməti materialdan xəbərdar olduğunu və qorunan şəxslərə qarşı təhdid kimi qiymətləndirilə biləcək bütün məlumatları araşdırdığını açıqlayıb.Qeyd edək ki, Barron Tramp ABŞ prezidentinin ən kiçik övladıdır və onun 20 yaşı var. O, əvvəlki illərdə ictimaiyyət qarşısında digər ailə üzvləri ilə müqayisədə daha az görünməsi ilə seçilib.İran mediasının Tramp ailəsinin üzvlərinə qarşı bu cür materiallar yayması ilk hal deyil. Bundan əvvəl ABŞ prezidentinin həyat yoldaşı Melaniya Trampı hədəf alan və onun gündəlik hərəkətlərini izləməyi təsvir edən oxşar təhdidedici video da yayımlanmışdı.





