Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,29$0,61%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

TREYDERLƏR APRELİN 6-SINI GÖZLƏYİRLƏR

Biznes TV2 dk okuma
Paylaş
TREYDERLƏR APRELİN 6-SINI GÖZLƏYİRLƏR

TREYDERLƏR APRELİN 6-SINI GÖZLƏYİRLƏR HÖRMÜZ GƏRGİNLİYİ NEFTİN 200 DOLLARA QALXMA RİSKİNİ ARTIRIR

Səudiyyə Ərəbistanı Hörmüz boğazı bağlandığı üçün neft ixracında alternativ marşruta – Şərq-Qərb boru kəmərinə keçib və Qırmızı dənizdəki Yanub limanına çıxışı təmin edib.Hazırda bu kəmərlə gündəlik 5 milyon barel neft daşınır, onun 3 milyonu dünya bazarına çıxarılır. Bu, neftin 200 dollara qədər kəskin artmasının qarşısını müvəqqəti alıb.ABŞ Prezidenti Donald Trampın İranı hədələyərək Hörmüz boğazını açmaq üçün ona verdiyi vaxtı aprelin 6-sına kimi uzatsa da dünya enerji bazarında qiymətlər sabitləşmədi. İranın Hörmüz boğazını açmayacağı təqdirdə ABŞ ölkənin enerji sistemini dağıdacağını bəyan edib. Lakin bu bəyanat da İranı çəkindirməyib, bu da dünya bazarında neftin qiymətinin artma tendensiyasının davam etməsinə səbəb oldu.Analitiklər hesab edir ki , Yaxın Şərqdəki müharibə iyun ayına kimi davam edərsə və Hörmüz boğazı gəmilər üçün təhlükəli keçid olaraq qalarsa neftin 1 barelinin qiyməti 200 dollara çatacaq. Hərbi əməliyyatlardan əvvəl Hörmüz boğazından dünya bazarına 15 milyon barel xam neft və 5 milyon ton neft məhsulları ixrac edilirdi. Hazırda bu ixrac dayanıb və dünyanın heç bir regionunda bu həcmdə neft və neft məhsulları hasil və istehsal edib dünya bazarına çıxarıb onun tələbatını ödəmək və qiymətləri aşağı salmaq potensialı yoxdur. Bu gün neft treyderləri səbirsizliklə ABŞ-nin İrana verdiyi vaxtın bitməsini – aprelin 6-sını gözləyirlər.

iqtisadiyyatneftqlobalxəbərlər

Benzer içerikler

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI
Ekonomi

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI2025-Cİ İLLƏ MÜQAYİSƏDƏ 16.9% ARTIM QEYDƏ ALINIB 2026-cı ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl istisna olmaqla Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə təkcə iyunda ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin […]

2 dk okuma
İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
Ekonomi

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 dk okuma
NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ
Siyaset

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİQIRĞIZISTAN HÖKUMƏTİ YANACAĞIN ÖLKƏYƏ İDXALINI İSƏ SADƏLƏŞDİRİB Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib. Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb. Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara daşınan məhsullara şamil […]

2 dk okuma