Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,96610,00%Brent108,16$3,39%Qızıl7.360,300,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

Universitetə qəbul olanlara maliyyə dəstəyi

Biznes TV1 dk okuma
Paylaş
Universitetə qəbul olanlara maliyyə dəstəyi

YAŞAT Fondu 2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə 2 000 AZN məbləğində pul mükafatı təqdim edəcək."Bakupost" xəbər verir ki, bu barədə Fond məlumat yayıb. İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı YAŞAT Fondunun 8110 Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər. Mükafat üçün Dövlət İmtahan Mərkəzi vasitəsilə qəbul imtahanında 400 bal və yuxarı, subbakalavr pilləsində isə 90 bal və yuxarı nəticə toplayaraq ali təhsil müəssisəsinə qəbul olan, həmçinin dünya reytinqində ilk 1 000-likdə yer alan universitetlərdən birinə qəbul olan şəxslər müraciət edə bilərlər. Müraciətlərin qəbulu üçün son tarix 31 oktyabrdır.

universitetxəbərlərmaliyyəmaliyyədəstəyi#biznestviqtisadiyyat