Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,96610,00%Brent107,49$2,75%Qızıl7.360,300,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

“Volkswagen”dən şok qərar

Biznes TV1 dk okuma
Paylaş
“Volkswagen”dən şok qərar

Almaniyanın avtomobil nəhəngi "Volkswagen" konserninin Müşahidə Şurası şirkətin 2030-cu ilədək olan transformasiya planını yekdilliklə təsdiqləyib. Qəbul edilən yeni qənaət proqramına əsasən, qarşıdakı illərdə dünya üzrə 50 min iş yerinin ixtisar olunması nəzərdə tutulur. Eyni zamanda, şirkətin Almaniyadakı Emden, Zvikau, Hannover və Nekkarzülm zavodlarının gələcəyi qeyri-müəyyən olaraq qalır. Alternativ istifadə imkanları tapılmadığı təqdirdə bu 4 müəssisənin tamamen bağlanması gündəmə gələ bilər.Konsern rəhbərliyi bu addımların qlobal bazarda rəqabət qabiliyyətini qorumaq üçün zəruri olduğunu bildirir. Şirkətin baş icraçı direktoru Oliver Blume paralel olaraq rəqəmsallaşma və yeni texnologiyalara milyardlarla avro investisiya qoyulacağını açıqlayıb. Almaniyanın "IG Metall" həmkarlar ittifaqı isə zavodların bağlanması ilə bağlı hələ rəsmi son qərarın verilmədiyini və bütün istehsal sahələrini xilas etmək üçün mübarizə aparacaqlarını bəyan edib. Müəssisələrin uzunmüddətli taleyi 2027-ci ilin iyun ayınadək hazırlanacaq plana əsasən bəlli olacaq.

avtomabilbiznessonxəbərxəbərləriqtisadiyyatpul