Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,28%Brent107,00$0,59%Qızıl7.363,901,75%TRY/AZN0,03500,28%Uçot dərəcəsi7,25%0,00%
Basın bülteni

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Biznes TV2 dk okuma
Paylaş
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

KOBİA-nın təşkil etdiyi panel müzakirədə KOB-ların innovasiya, yaşıl texnologiyalar və rəqəmsallaşma vasitəsilə şəhər inkişafına töhfə verə biləcəkləri qeyd edilib.

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində mayın 21-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsi keçirilib.

Biznes və İnnovasiya Mərkəzində təşkil olunmuş tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, sahibkarlar və şəhərsalma üzrə mütəxəssislər iştirak ediblər.

WUF13 çərçivəsində müvafiq mövzuda panel müzakirənin təşkilində əsas məqsəd KOB-ların dayanıqlı şəhər inkişafında rolunun gücləndirilməsi, inklüziv və davamlı şəhər mühitlərinin formalaşdırılmasına töhfələrini artırmaqdır.

Tədbirdə İslam Əməkdaşlıq Təşkilatının Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Global Oracle Association for Leaders” təşkilatının təsisçisi və prezidenti Leyla Bağırzadə, sənayenin davamlılığı və dairəvi iqtisadiyyat üzrə ekspert Ayaz Salmanov, Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqının Şəhər üzrə Baş Proqram rəhbəri Loredana Skuto, “Rotas Consulting” şirkətinin idarəedici partnyoru Emil Məcidov və “Synergy Consulting Infrastructure & Financial Advisory” şirkətinin ölkə üzrə direktoru Rüfət Qəmbərov çıxış ediblər. Çıxışlarda KOB-ların şəhərlərin dayanıqlı inkişafında mühüm rol oynadığı, onların şəhərsalma siyasətlərində daha fəal iştirakının təmin olunmasının vacibliyi vurğulanıb. KOB-ların innovasiya, yaşıl texnologiyaların tətbiqi, dairəvi iqtisadiyyat, resurs səmərəliliyi və rəqəmsallaşma vasitəsilə şəhərlərin daha dayanıqlı və inklüziv inkişafına mühüm töhfə verə biləcəkləri qeyd olunub. Eyni zamanda çıxışlarda KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, institusional dəstəyin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın artırılması zəruri istiqamətlər kimi diqqətə çatdırılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.

press-relizWUF13xəbərlər

Benzer içerikler

KİMLƏR DAHA ÇOX YARARLANIB?73 MİN NƏFƏR İPOTEKA KREDİTİ ALDISMm: 5,4 milyard manatlıq ipoteka krediti verilib
Ekonomi

KİMLƏR DAHA ÇOX YARARLANIB?73 MİN NƏFƏR İPOTEKA KREDİTİ ALDISMm: 5,4 milyard manatlıq ipoteka krediti verilib

Bu günə qədər Azərbaycanda 73,4 min nəfərə ümumilikdə 5,4 milyard manat ipoteka krediti verilib.Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib. Bildirilub ki,verilən ipoteka kreditlərinin80 faizi dövlət xətti ilə, yəni İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına,20 faizi isə bankların öz daxili ipoteka proqramları çərçivəsində ayrılıb.Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, hazırda bankların kredit portfelinin […]

2 dk okuma
İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
Ekonomi

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 dk okuma