TRAMP 10 FAİZLİK GÖMRÜK RÜSUMU TƏTBİQ ETDİ
TRAMP 10 FAİZLİK GÖMRÜK RÜSUMU TƏTBİQ ETDİ
QƏRAR BÜTÜN ÖLKƏLƏRƏ ŞAMİL OLUNACAQ
ABŞ Prezidenti bütün ölkələrə 10 faizlik qlobal gömrük rüsumunun tətbiqinə dair qərarı imzaladığını açıqlayıb. Marja xəbər verir ki, Tramp bu barədə Truth Social hesabında paylaşım edərək bildirib ki, yeni rüsumlar yaxın günlərdə qüvvəyə minəcək.Ağ Evin açıqlamasına görə, qərar 1974-cü il Ticarət Qanununun 122-ci maddəsi əsasında qəbul edilib. Həmin maddə prezidentə xarici ticarətdə yaranan problemləri aradan qaldırmaq üçün müvəqqəti əlavə rüsumlar tətbiq etməyə imkan verir. Qərara əsasən, ABŞ-yə idxal edilən məhsullara 150 gün müddətinə 10 faiz vergi tətbiq olunacaq. Yeni rüsumlar 24 fevraldan etibarən qüvvəyə minəcək. Bəzi məhsulların müvəqqəti idxal vergisinə tabe olmayacağı bildirilib. Kritik minerallar, enerji məhsulları, bəzi kənd təsərrüfatı məhsulları, dərmanlar, müəyyən elektronika və avtomobil məhsulları, aviasiya məhsulları və informasiya materialları kimi bəzi kateqoriyaların vergidən azad edildiyi açıqlanıb.




