TRAMP İRANA MEYDAN OXUDU
“BİZ İRANDA GENİŞMİQYASLI HƏRBİ ƏMƏLİYYAT BAŞLAMIŞIQ”
Biz İranda geniş miqyaslı hərbi əməliyyatlara başlamışıq, qəddar İran rejimindən gələn təhlükəni məhv edəcəyik. Bunu Ameriak Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bildirib.
O qeyd edib ki, İran dünyanın ən böyük terrorizm sponsorudur. Onların heç vaxt nüvə silahı olmayacaq. Bir daha deyirəm – onların heç vaxt nüvə silahı olmayacaq. Məqsədimiz İran rejimindən qaynaqlanan təhdidləri məhv edərək Amerika xalqını qorumaqdır. Deyə Tramp qeyd edib. Bu döyüşdə itkilərimiz olacaq, qəhrəmanlarımız öləcək, lakin bu qaçılmazdır və məqsədimiz gələcəkdəki amerikalıları qorumaqdır.
Yəni ABŞ əməliyyatın miqyasını genişləndirmək istəyir.
İllərdir İran xalqı Amerikadan kömək istəyir, amma biz onu etməmişik. Heç bir prezident bu gecə mənim etməyə hazır olduğumu etməyə hazır olmayıb. Amerika böyük və dağıdıcı güclə sizin arxanızda dayanır.
Tramp İran xalqına: İndi taleyinizə nəzarəti ələ almağın və əlinizdə olan firavan və şanlı bir gələcəyin açılmasının vaxtıdır. Bu, hərəkət etmək anınızdır, onun yanınızdan keçməsinə imkan verməyin.




