TRAMPDAN SƏRT XƏBƏRDARLIQ
“ABŞ İRANI TAMAMİLƏ MƏHV EDƏ BİLƏR”
ABŞ-nin müharibə naziri Pit Heqset 7 apreldə ABŞ-nin İrana hərbi əməliyyatların başlanmasından bəri ən güclü zərbələri endirəcəyini vəd edib.
Bu barədə o Ağ Evdə ABŞ lideri Donald Trampla keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ qoşunları ölkənin maraqlarını qorumaq və qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün istənilən vaxt istənilən yerə getməyə hazırdır.”Sonra isə İranın seçimi olacaq. Ağılla seçim edin, çünki Prezident Tramp zarafat etmir. Biz dəqiq hərəkət edirik. Biz hava məkanına nəzarət edirik, – deyə Heqset vurğulayıb.Daha əvvəl Tramp bu mətbuat konfransında bildirib ki, əgər Tehran həmin vaxta qədər Hörmüz boğazını blokadadan çıxarmasa, ABŞ çərşənbə axşamından çərşənbəyə keçən gecə İranı tamamilə məhv edə bilər.




