TÜRKİYƏYƏ NÖVBƏTİ HÜCUM
İRANDAN ATILAN RAKET HAVADA VURULDU
İrandan buraxılan daha bir raketin Türkiyədə hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi ilə bağlı məlumat yayılıb.
Bu barədə Türkiyənin müdafiə sənayesinə dair paylaşımları ilə tanınan sosial media hesabında paylaşım edilib. Qeyd edilib ki, Martın 13-ü saat 03:30-dan etibarən sosial mediada əks olunan görüntülərdə Adana hava məkanı üzərində yanaraq düşən bəzi cisimlər görünüb.
“Bu cisimlərin İrandan Türkiyəyə atılan 3-cü bir ballistik raketin NATO-ya aid hava hücumundan müdafiə sistemləri (HHM) tərəfindən məhv edilməsi nəticəsində atmosferə daxil olaraq yanan və düşən hissələrə aid olduğu ehtimal edilir” deyə – məlumatda qeyd olunub.
Hadisə zamanı hər hansı partlayışın baş vermədiyi bildirilib.
Qeyd edək ki, Bundan öncə də İrandan atılan iki ballistik raket Türkiyə hava məkanını pozduğu üçün NATO-ya məxsus HHM sistemi vasitəsilə zərərsizləşdirilib.




