“UNIBANK” LİMİT TƏTBİQ EDƏCƏK
2000 AZN-DƏN YUXARI NAĞDLAŞMAYA GÖRƏ KOMİSSİYA ÖDƏNİLƏCƏK
22 fevraldan etibarən “Unibank”ın kartı ilə UTM və POS-terminallardan komissiyasız nağdlaşdırmaya görə limit tətbiq ediləcək. Operativ Media xəbər verir ki, 2000 AZN-dən yuxarı olan nağdlaşdırmaya görə 1 faiz -minimum 1 AZN komissiya tutulacaq. Qeyd edək ki, hazırda “Unibank” UTM-də həm manat, həm də dollarla istədiyiniz qədər pul heç bir komissiya ödəmədən nağdlaşdırmaq mümkündür.




