“UNİBANK” SƏDRİ 17 MİLYON AVROLUQ MALİKANƏSİNİ SATIR
ULTRA-LÜKS VİLLANIN HOVUZU DƏNİZLƏ BİRLƏŞİR
“UNİBANK” SƏDRİ 17 MİLYON AVROLUQ MALİKANƏSİNİ SATIR
“UNİBANK”ın Müşahidə Şurasının sədri Eldar Qəribov Fransanın Nitsa şəhəri yaxınlığındakı əsrarəngiz Vilfanş bölgəsində yerləşən ultralüks “Floriana” villasını satışa çıxarıb.Yenicag.az xəbər verir ki, bu barədə Avropada yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.O, qeyd edib ki, Malta vətəndaşlığı olan azərbaycanlı bankir villanı 17 milyon avroya satmaq niyyətindədir. “Villa “Art Deco” memarlıq üslubundadır. Bu tip villalar bölgədə ən bahalı və nadir əmlaklar sırasındadır. Villa təpədə yerləşir, nəfəskəsən mənzərəsi, 360 dərəcəlik panoraması var, buradan həm gün doğumu, həm də gün batımı, əsrarəngiz liman və açıq dəniz görünür”, – deyə jurnalist bildirib.Məlumata görə, villanın 2 600 m² torpaq sahəsi var, ətrafı tamamilə ağaclarla örtülüdür. Villanın hovuzu vizual olaraq dənizlə birləşir. Ərazisində 6 maşın üçün örtülü parkinq var. Villa hər biri dəniz mənzərəsinə açılan 4 yataq otağı olan 320 m²-lik əsas tikilidən və xidmətçi personal üçün nəzərdə tutulan evdən, həmçinin 160 m² sahəsi olan qonaq evindən ibarətdir. ttps://www.instagram.com/p/DSZ0ampiPXp/?img_index=1&igsh=anU4eG03eGdhN25r




