UNWTO: COP29 turizm sektorunu qlobal iqlim gündəminə daxil etməklə tarix yazır
Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş katibi Zurab Pololikaşvili COP29 çərçivəsində keçirilən Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə nazirlərin birinci görüşündə bildirib ki, COP tarixində ilk dəfə turizm məsələləri iqlim gündəminə daxil edilib.
O, bu hadisəni turizm sektoru üçün tarixi adlandıraraq, tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb: “Bu, böyük bir ənənənin başlanğıcıdır”. Pololikaşvili həmçinin turizmin sülhün təmin edilməsində mühüm rolu olduğunu, eyni zamanda iqlim dəyişikliyi və ərzaq tullantıları kimi problemlərin bu sektora təsir etdiyini qeyd edib.
Mənbə: Report




