UŞAQLAR ÜÇÜN SOSİAL ŞƏBƏKƏ QAPILARI BAĞLANDI
74 MİLYON DOLLARLIQ CƏRİMƏ GƏLİR
UŞAQLAR ÜÇÜN SOSİAL ŞƏBƏKƏ QAPILARI BAĞLANDI
Avstraliya dünyada ilkə imza ataraq 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini qanunla qadağan edən ilk ölkə olub. Yeni tələblərə görə “Facebook”, “Instagram”, “TikTok” daxil olmaqla aparıcı platformalar yetkinlik yaşına çatmayan istifadəçilərin hesablarını silməyə borcludur. Qanuna əməl etməyən şirkətləri isə ağır cərimə gözləyir – məbləğ 74 milyon Avstraliya dollarınadək, yəni təxminən 49 milyon ABŞ dollarına qədər yüksələ bilər. Maraqlıdır ki, “X” sosial şəbəkəsi istisna olmaqla, digər bütün platformalar bu tələblərə hazır olduqlarını açıqlayıblar.




