Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
March 27, 2026
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
March 27, 2026
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
March 27, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
AZƏRBAYCAN NEFTİ KƏSKİN BAHALAŞDI
March 27, 2026
ƏFLATUN AMAŞOV QƏZAYA DÜŞÜB
March 25, 2026
BU MAŞINLAR SÜRÜCÜLƏRİN ÜMİDLƏRİNİ DOĞRULTMADI
March 25, 2026
Bizi izlə
Canlı yayım
Canli
Ana səhifə/Qlobal/“Uzbekistan Airways” Avropaya Uçuş Marşrutlarını Dəyişdirdi
QlobalXəbərlər

“Uzbekistan Airways” Avropaya Uçuş Marşrutlarını Dəyişdirdi

January 28, 2025

“Uzbekistan Airways” aviaşirkəti Avropaya uçuşlarında Rusiya ərazisi üzərindən keçidlərdən imtina edib.

Özbəkistan KİV-lərinin məlumatına görə, bu barədə şirkətin İdarə Heyətinin sədri Şuxrat Xudaykulov məlumat verib. Qərarın qəbulunda əsas səbəb Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) Rusiyanın Avropa hissəsi üzərindən uçuşları təhlükəli kimi qiymətləndirən hesabatı olub.

Avropaya uçuşlar artıq Azərbaycan və Türkiyə üzərindən təşkil olunur. Şirkət rəhbəri bildirib ki, yeni marşrutlar uçuş müddətini 30-40 dəqiqə uzatsa da və əlavə xərc yaratsa da, bu, fors-major vəziyyət kimi dəyərləndirilir. Əlavə xərclərə baxmayaraq, sərnişinlər üçün tariflərin artırılmayacağı vurğulanıb.

Bundan əvvəl, Azərbaycan Hava Yollarına (AZAL) məxsus Bakı-Qroznı aviareysini yerinə yetirən sərnişin təyyarəsinin qəzası Özbəkistanda diqqət mərkəzində olub. Qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Bu hadisədən sonra Özbəkistan hökuməti təhlükəsizlik məsələlərini yenidən nəzərdən keçirmək üçün xüsusi komissiya yaradıb. Komissiyanın tərkibinə Müdafiə Nazirliyi, Nəqliyyat Nazirliyi və digər qurumların nümayəndələri daxil edilib.

“Uzbekistan Airways”in marşrut dəyişikliyi sərnişinlərin təhlükəsizliyini ön planda tutduğunu bir daha göstərir. Şirkət rəhbərliyinin sözlərinə görə, sərnişinlərin rahatlığı üçün yeni marşrutlarla bağlı bütün texniki və əməliyyat tədbirləri görülür.

Əvvəlki yazı

Gürcüstandan Azərbaycana Avtomobil İxracı Azalıb

Növbəti yazı

Mazda 28 İldən Sonra İlk Dəfə Loqosunu Yeniləyir

Related Posts

İqtisadiyyat
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
Biznes TV
By Biznes TV
Digər
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
Biznes TV
By Biznes TV
Digər
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
Biznes TV
By Biznes TV
İqtisadiyyat
DOLLARIN ÜZƏRİNDƏ TRAMPIN İMZASI OLACAQ
Biznes TV
By Biznes TV
instagram image
instagram image
instagram image
instagram image
instagram image
instagram image
Instagram
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
March 27, 2026
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
March 27, 2026
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
March 27, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV