VAŞİNQTONUN YANINDA OLDUĞUNU BƏYAN ETDİ
DAHA BİR ÖLKƏ İRANA QARŞI MÜHARİBƏNİ DƏSTƏKLƏDİ
Kanada İrana qarşı aparılan əməliyyata dəstək verdiyini açıqlayıb. Baş nazir Mark Karni bildirib ki, Ottava ABŞ-nin İranın nüvə silahı əldə etməsinin qarşısını almağa və rejimin beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərini dayandırmağa yönələn addımlarını dəstəkləyir. Eyni zamanda, Səudiyyə Ərəbistanı da ABŞ-nın mövqeyini dəstəklədiyini və İranla qarşıdurmada Vaşinqtonun yanında olduğunu bəyan edib.




