VENESUELADAN AĞ EVƏ UZANAN JEST
MÜXALİFƏT LİDERİ NOBEL SÜLH MÜKAFATINI TRAMPA VERDİ
Venesuela müxalifət lideri Mariya Korina Maçado Nobel Sülh Mükafatı medalını Prezident Donald Trampa təqdim edib. Bu barədə müxalifət lideri Ağ evdə görüş sonrası jurnalistlərə açıqlamasında deyib. ABŞ Prezidenti Donald Tramp bu addımı hörmət əlaməti kimi dəyərləndirib. O, Maçado ilə görüşməyin “böyük şərəf” olduğunu bildirərək onu “çox çətinliklərdən keçmiş əlamətdar bir qadın” adlandırıb.




