VERGİ BORCU OLAN ŞİRKƏTLƏ 9 MİLYONLUQ MÜQAVİLƏ
VERGİ BORCU OLAN ŞİRKƏTLƏ 9 MİLYONLUQ MÜQAVİLƏ
AĞCABƏDİDƏ TENDER QAYDALARI POZULUB?
Ağcabədi Rayon Mərkəzi Xəstəxanası üçün tələb olunan bərk inventar mallarının satın alınması məqsədilə “Qardaşlar Mebel” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri 9 milyon manatdan çoxdur. Əldə olunan məlumatlara əsasən, şirkətin isə dövlətə 15 milyon 326 min manatdan çox vergi borcu var. Şirkətin qanuni təmsilçisi və direktoru Hüseyn Mirzəyev Məmməd oğludur. Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” qanuna görə, vergi borcu olan şirkətlərin tenderlərdə iştirakı qadağandır.




