XİN MƏLUMAT YAYDI
NAXÇIVANDA DRON HÜCUMU NƏTİCƏSİNDƏ İKİ NƏFƏR YARALANIB
İranın Naxçıvana dron hücumu nəticəsində 2 nəfər yaralanıb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Martın 5-i günorta radələrində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran ərazisindən dron hücumları həyata keçirilib.
1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.
Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. Deyə XİN-in məlumatında qeyd edilib.




