XURMANIN QİYMƏTİ BAHALAŞACAQ?
İRAN BİR SIRA MƏHSULLARIN İXRACINI QADAĞAN EDİB
İran bir sıra məhsulların ixracını qadağan edib. Bu barədə ölkənin Gömrük İdarəsi məlumat yayıb. Məlumata görə, İranın Kənd Təsərrüfatı Nazirliyi mövcud şəraitdə ölkə bazarında qiymətləri tənzimləmək məqsədilə yumurta, pomidor və xurmanın ixracına qadağa tətbiq edib. Qadağanın qeyri-müəyyən müddətə tətbiq olunduğu bildirilir. Xatırladaq ki, İran kartof ixracına da qadağa elan etmişdi.




