“YAŞIL” İSTİQRAZLAR ÜZRƏ 4-CÜ FAİZ ÖDƏNİŞİ EDİLİB
İNVESTORLARIN ÜMUMİ GƏLİRİ 12 MİLYON DOLLARA ÇATIB
SOCAR-ın “yaşıl” istiqrazları üzrə 4-cü faiz ödənişi həyata keçirilib. “Report” “SOCAR Capital” şirkətinə istinadən xəbər verir ki, 4-cü faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb və investorların ümumi gəliri 12 milyon ABŞ dollarına yüksəlib.SOCAR-ın “yaşıl” istiqrazları 5 illik müddətə, illik 6% gəlirliliklə buraxılıb və kupon ödənişləri hər 3 aydan bir həyata keçirilir. İndiyədək investorlar və vətəndaşlara 56 milyon ABŞ dollarından çox faiz ödənişi edilib.Bakı Fond Birjasında SOCAR istiqrazları ilə indiyədək 22 milyon ABŞ dollarından çox əqd bağlanıb və ticarət həcmi 97,6 milyon dollar təşkil edir.İstiqrazlar bütün vergilərdən azaddır və sahiblərinə müddətin sonunda ümumilikdə 60 milyon ABŞ dolları gəlir gətirəcək.




