YAXIN ŞƏRQ İQTİSADİYYATINDA ŞOK PROQNOZ
YAXIN ŞƏRQ İQTİSADİYYATINDA ŞOK PROQNOZ
MİLYONLARLA İNSAN İŞSİZ QALA, KASIBLAYA BİLƏR
Yaxın Şərqdə davam edən münaqişələr səbəbindən ərəb dövlətlərinin təqribən 200 milyard dollar məbləğində maliyyə itkisi ilə üzləşəcəyi gözlənilir. Bu vəziyyət bölgənin iqtisadi inkişafına ağır təsir göstərə bilər.Bu barədə “Bloomberg” nəşri Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının müvafiq hesabatına əsaslanaraq məlumat yayıb.Mövcud proqnozlara əsasən, bölgədə işsizlik səviyyəsinin dörd faiz bəndi yüksəlməsi ehtimalı var. Nəticədə 3.6 milyona yaxın insan işsiz qala və təqribən 4 milyon şəxs yoxsulluq həddinə düşə bilər. Körfəz Əməkdaşlıq Şurası üzvləri olan Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanının öz ÜDM-lərinin 5.2 faizindən artığını itirəcəyi ehtimal olunur.




