“YENİ NƏSİL TEXNOLOGİYALAR MƏRKƏZİ” YARADILACAQ
“YENİ NƏSİL TEXNOLOGİYALAR MƏRKƏZİ” YARADILACAQ
RƏQƏMSAL BAZARA ÇIXIŞ ƏLDƏ EDƏN KOB-LARIN SAYI 200-Ə ÇATDIRILACAQ
2029-cu ilə qədər Azərbaycanda yeni startapların sayının 250-ə çatdırılması planlaşdırılır. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”da öz əksini tapıb.Sənədə əsasən, yeni startapların sayı 2026-cı ildə 30, 2027-ci ildə 80, 2028-ci ildə isə 155 olmalıdır. Eyni zamanda, rəqəmsal bazarlara çıxış əldə edən KOB-ların sayı 2026-cı ildə 20, 2027-ci ildə 50, 2028-ci ildə 100, 2029-cu ildə isə 200-ə çatdırılacaq. Strategiyanın əsas hədəfləri ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasıdır. Strategiyada Azərbaycanda “Yeni Nəsil Texnologiyalar Mərkəzi”nin yaradılması və idarə edilməsi də nəzərdə tutulub.




